2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Ombudsman aparatı həbsxanada aclıq aksiyası keçirən keçmiş Gömrük əməkdaşı ilə görüşdü

Dövlət Gömrük Komitəsinin sabiq əməkdaşı, hazırda həbsdə olan Natiq İmanov cəza çəkdiyi 6 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyasına başlayıb.

Natiq İmanovun vəkili Elçin Sadıqovun tia.az-a verdiyi məlumata görə,Natiq İmanovun aclıq aksiyası etməsinə səbəb onun barəsində açılmış cinayət işinin ədalətli şəkildə aparılmaması, Gömrük Komitəsi rəhbərliyinin qərəzli olması və onun haqqında əsassız ittihamlar irəli sürməsi, habelə sifarişlə həbs olunması və etmədiyi cinayətə görə cəzalandırılmasıdır.

Saytların yığılması Saytlarin yigilmasi

E.Sadıqovun sözlərinə görə, Natiq İmanov altıncı gündür ki, aclıq elan edib. Dünəndən isə quru aclığa keçib. Hazırda vəziyyəti ürəkaçan deyil. İşinə düzgün baxılmasa, ölüm aclığına qədər gedəcəyini bildirib. “Ya öləcəm ya da işimə ədalətlə baxılacaq” tələbini irəli sürüb.

Məsələ ilə bağlı tia.az Ombudsman aparatı ilə əlaqə saxlayıb. Aparatdan bizə bildirdilər ki, dünən Natiq İmanovla görüş keçirilib. Onun səhhəti və hazırkı durumu ilə maraqlanılıb.

Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi olmuş polkovnik-leytenant Natiq İmanov 5 il azadlıqdan məhrum edilib. 2018-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. O, pensiya yaşına çatmış komitə əməkdaşlarına ödəniləcək birdəfəlik müavinətləri vaxtından əvvəl vermək üçün rüşvət almaqda təqsirli bilinib.



“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button