Loading...
Loading...
Xəbərlər

Ombudsman aparatının əməkdaşları Polad Aslanova baş çəkiblər

Bakı/26.01.22 Çərşənbə günü ombudsman aparatının əməkdaşları jurnalist Penitensiar Xidmətin Müalicə Müəssisəsində Polad Aslanova baş çəkiblər. O 20 gün davam edən aclığı dayandırıb.

Polad Aslanovun xanımı Gülmirə Aslanova Turan-a bildirib ki, onunla görüşə və əşyalarını çatdırmağa icazə veriblər.

Zəifləməsinə baxmayaraq, Polad gümrahdır və Ali Məhkəmədə onun işinə ədalətli baxılacağına ümid edir.

Hazırda müalicə müəssisəsində Aslanovun reabilitasiyası üzrə tədbirlər həyata keçirilir.

*Xeberman.com saytının redaktoru Polad Aslanov 16 noyabr 2019-cu ildə İranın xeyrinə dövlətə xəyanətdə ittiham olunaraq 16 il müddətinə azadlıqdan məhrum edilib. “Sərhədsiz reportyorlar” və digər hüquq- müdafiə təşkilatları Azərbaycan hakimiyyətini Polad Aslanovu azad etməyə çağırıblar. Yanvarın 6-dan işinə yenidən baxılması və Ali Məhkəmədə kassasiya şikayətinə baxılmasının sürətləndirilməsi tələbilə aclıq edir.

Aclığın 9-cu günündə Ali Məhkəmə Polad Aslanovun kassasiya şikayətinə baxılmasını fevralın 3-nə təyin edib. Aclığın 20-cü günündə, yanvarın 25-də jurnalist həkimlərin təkidilə aclığı dayandırıb. -06B-

 

Turan
“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun