2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ombudsman blogerə şəxsiyyət vəsiqəsi verilməsini xahiş edir

Elmira Süleymanova daxili işlər naziri Ramil Usubova müraciət edib

Saytların yığılması Saytlarin yigilmasi

İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova daxili işlər naziri Ramil Usubova müraciət edib. O, bloger Mehman Hüseynovun şəxsiyyət vəsiqəsi ilə təmin olunması üçün zəruri addımların atılmasını xahiş edib. Bu barədə vəkil Elçin Sadıqov “Azadlıq” radiosuna bildirib.

Ombudsmanın məktubunda qeyd olunur ki, M.Hüseynovun şəxsiyyət vəsiqəsi 2012-ci ildə Səbayel Rayon Polis İdarəsi tərəfindən götürülüb. Bloger dəfələrlə müraciət etsə də onun şəxsiyyət vəsiqəsini geri verməyiblər.

E.Süleymanova R.Usubovdan xahiş edib ki, blogerin şəxsiyyət vəsiqəsi ilə bağlı durum araşdırılsın və müvafiq tədbir görülsün.

Ombudsman Aparatı M. Hüseynovun sağlıq durumunun araşdırılması üçün də müvafiq addım atıb.

Aparat rəhbəri Aydın Səfixanlı Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə müvafiq məktub göndərib.

Məktubda M.Hüseynovun səhhətinin araşdırılması, müalicə, müayinə və əməliyyata ehtiyacının olub-olmamasının araşdırılması və Ombudsman Aparatına bilgi verilməsi xahiş olunur.

M.Hüseynovun 5 ilə yaxındır ki, şəxsiyyət vəsiqəsi yoxdur.

Blogerin sağlıq durumunda da problemlər var. Damarında əməliyyat olunmalıdır.

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib. Buna qədərisə onun yanvarın 9-da oğurlandığı güman edilirdi.

Yalnız yanvarın 10-da məhkəmə önünə çıxarkən onun Nəsimi Rayon Polis İdarəsinin 22 saylı polis bölməsində saxlandığı məlum olub. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə M.Hüseynov polisə tabe olmamaqda təqsirli bilinərək 200 manat cərimə edilib.

Məhkəmədən çıxan bloger polisdə saxlandığı müddətdə işgəncələrə məruz qaldığını söyləyib.

Bundan sonra Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev də M.Hüseynovun işgəncə ilə bağlı dediklərini polisə böhtan sayaraq xüsusi ittiham qaydasında iddia qaldırıb. Həmin iddia əsasında M.Hüseynov 2 il azadlıqdan məhrum edilib.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button