2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ombudsman: Gürcüstan dövləti öz torpaqlarında yaşayan hər kəsin haqlarını qorumaq zorundadır

Gürcüstan Ombudsmanı Əfqan Muxtarlı ilə bağlı bəyanat yaydı

Saytların yığılması Saytlarin yigilmasi

Gürcüstan Ombudsmanı Uça Nanuaşvili (Ucha Nanuashvili) ölkəsindən müəmmalı şəkildə Azərbaycana gətirilən jurnalist Əfqan Muxtarlı olayı ilə bağlı bəyanat yayıb.

Məlumatı Gürcüstanın “apsny.ge” saytı yayıb.

Ombudsman hesab edir ki, Gürcüstanın hüquq-mühafizə qurumlarının təcili olaraq Əfqan Muxtarlının yoxa çıxması olayına effektli cavab verməsi vacibdir. Ombudsman qeyd edir ki, azərbaycanlı jurnalist Əfqan Muxtarlı mayın 29-da axşam saatlarında Tbilisidə yoxa çıxıb:

“Ailəsinin bildirdiyinə görə, Əfqan Muxtarlının jurnalistika fəaliyyəti Azərbaycan hökumətinin tənqidinə yönəlib. Buna görə Əfqan Muxtarlı davamlı olaraq müxtəlif şəxslər tərəfindən təqib olunub. Birincisi və ən önəmlisi, bu cinayətin qarşısının alınması üçün bütün vacib addımların atılması lazımdır. Daha sonra, bütün əlaqəli şəxsləri ədalət önünə çıxarmaq lazımdır.

Gürcüstan dövləti öz torpaqlarında yaşayan hər kəsin haqlarını qorumaq zorundadır. Qonşu ölkələrlə münasibətlər Gürcüstan hökumətinin insan haqlarına sayğısına heç cür təsir göstərməməlidir. Gürcüstanda yaşayan bütün insanlar özlərini təhlükəsiz, qanunların aliliyi mühitində hiss etməlidirlər”.

Bəyanatın sonunda Gürcüstan dövlətinin Əfqan Muxtarlının yoxa çıxmasına etinasızca göz yummasına qınaq ifadə olunur.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button