2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Ombudsman Səbinə Əliyeva Bəxtiyar Hacıyeva baş çəkib

Ombudsman Səbinə Əliyeva Bəxtiyar Hacıyevə baş çəkib. Amma görüşün detalları hələlik, açıqlanmayıb

Saytların yığılması Saytlarin yigilmasi

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin anası Solida Mövlayeva bugün, fevralın 1-də Ombudsman Aparatında olub.

Solida Mövlayeva bildirib ki, ombudsman Səbinə Əliyeva ilə görüşmək istəyir. Onun dediyinə görə, əvvəlcə onu ümumi şöbədən İbrahim Abdullayev qəbul edib:

“Bildirdim ki, oğlum artıq 24-cü gündür aclıq aksiyası keçirir, onun səhhəti gündən-günə pisləşir. Dedim ki, ona görə çox nigaranam. Bəxtiyarın qanunsuz həbsi barədə qısa məlumat verdim”.

Mövlayeva əlavə edib ki, qurumdan oğlunun vəziyyəti ilə ciddi maraqlanmağı və ombudsmanın özünün ona baş çəkməsini xahiş edib:

“Onlar da öz növbəsində bu barədə ombudsmana məlumat çatdıracaqlarını və qısa müddət sonra bizə cavab verəcəklərini dedilər”.

Bir qədər sonra Ombudsman Aparatından “Turan” Agentliyinə bildirilib ki, axşam saatlarında Ombudsman Səbinə Əliyeva Bəxtiyar Hacıyevə baş çəkib. Amma görüşün detalları hələlik açıqlanmayıb.

Bəxtiyar Hacıyev yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsində yenidən aclıq aksiyasına başladığı haqqında məlumat vermişdi.

Bundan öncə Hacıyev ötən il dekabrın 15-də aclıq aksiyasına başladığını açıqlamış, dekabrın 28-də onu dayandırmışdı.

Yanvarın 13-də isə Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb. Əvvəl ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xırda xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi başlanmışdı. Yanvarın 13-də 221.1-ci maddə 221.2.2 (İctimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) ilə əvəzlənib.

Əvvəlki ittihamla ona 1, bundan sonra isə 3 ilə qədər həbs cəzası verilə bilər.

Xatırlatma

Ötən il dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevi 1 ay 20 gün həbs edib.Sonra həbs müddəti artırılıb. O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur.

Həmin insident daha öncə böhtan iddiası ilə bağlı fəala qarşı açılmış cinayət işi üzrə məhkəmədə baş verib.

Harvard Universitetinin məzunu olan Hacıyev 2011-ci ilin martında da həbs edilmişdi.Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi. Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb.

O, son illər hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı sərt tənqidləri ilə seçilirdi.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button