2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

"Omikron"a yoluxanlarda ağırlaşma yoxdur

Bakı/13.01.22 Azərbaycanda “omikron” ştamına yoluxan şəxslərin səhhətində ağırlaşma halları müşahidə olunmur. Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Birliklərini İdarəetmə Birliyinin birgə məlumatında deyilir. 

Hazırda omikron variantı aşkar edilmiş 12 şəxsin vəziyyəti sabitdir, onlar evdə müşahidə altındadırlar.

Sözügedən ştama yoluxmuş 12 nəfərin 8-indən götürülmüş təkrar test nümunələri mənfi nəticələnib.

Saytların yığılması Saytlarin yigilmasi

“Epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün virusunun genetik variantlarına dair mütəmadi analizlər aparılır”, deyə press-relizdə qeyd edilir.

Azərbaycanda epidemioloji vəziyyət sabit olaraq qalmaqdadır. Səhiyyə orqanları əhalini bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmaq üçün gücləndirici (buster) doza ilə peyvəndləməyə çağırır. -16D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button