2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

"Omikron"la bağlı məhdudlaşdırıcı addımların atılmasına zərurət yoxdur – səhiyyə naziri

Bakı/10.02.22 “Son günlər COVİD-19 virusuna yoluxma kəskin artır”. Bu barədə səhiyyə naziri Teymur Musayev keçirdiyi brifinqdə bildirib.

Nazir bildirib ki, ölkədə koronavirusa yoluxmanın artmasının səbəbi hazırda mövcud olan “Omikron” ştamıdır. Buna baxmayaraq, ölkədə koranavirusla bağlı vəziyyət tam nəzarət altındadır.

Nazir deyib ki, “Omikron”la bərabər hələ də Delta ştammına yoluxmalar da mövcuddur. 

Saytların yığılması Saytlarin yigilmasi

O qeyd edib ki, hazırda pandemiya ilə əlaqəli istifadədə olan ümumi çarpayı fondunun 20%-i doludur, reanimasiya üzrə isə bu göstərici cəmi 10% təşkil edir:

“Hazırda “Omikron”la bağlı məhdudlaşdırıcı addımların atılmasına zərurət yoxdur. Hər hansı qərar, xüsusi karantin rejiminin sərtləşdirilməsi yoluxanların sayı, hospitalizasiya dinamikasına əsaslanır”.

Nazir xatırladıb ki, fevralın 15-dən sonra iki doza vaksin alan və vaksinlərin vurulmasından 6 ay keçən şəxslərin peyvənd sertifikatları etibarsız sayılacaq:

“Bunu əsas tutaraq hər bir az vətəndaşı buster dozanı qəbul etməyə səsləyirəm. Kim iki doza qəbul edibsə, immun sistemlərini gücləndirmək üçün buster dozanı vurdurmalıdır”.

Teymur Musayev Azərbaycanda koronavirusa görə peyvənd vurduran yeniyetmələrin sayını açıqlayıb:

“Bu günə olan statistikaya əsasən, 601 yeniyetmə vaksinasiyadan keçib. Onlarda heç bir fəsad müşahidə edilməyib”.

Bundan əlavə, nazir qeyd edib ki, ölkədə koronavirusla bağlı vaksin ehtiyatı kifayət qədərdir. -16D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button