2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

On dəqiqə ərzində ölkə məhv olacaq – Rusiyadan DƏHŞƏTLİ PROQNOZ

“Əgər Koreya Xalq Demokratik Respublikası Yaponiyaya tərəf nüvə raketi buraxarsa, çoxu üçün xilas olmaq praktik olaraq mümkün olmayacaq”.
Publika.az xəbər verir ki, bunu Rusiya KİV-nə müsahibəsində hərbi ekspert, Rusiya Raket-artilleriya Elmləri Akademiyasının müxbir üzvi Konstantin Siskov deyib.
Sivkovun sözlərinə görə, nüvə zərbəsinə hazırlaşmağa və sığınacaq tapmağa ölkənin bütün sakinləri üçün 10 dəqiqə açıq-aydın kifayət etməyəcək. Ekspert bildirir ki, xilas olmaq şanslarına yalnız küçədə olan, yaxud da binaların birinci və ikinci mərtəbələrində yaşayan insanlar malik olacaq.
“Siz yeddinci və ya səkkizinci mərtəbədə qalırsınızsa, xilas olmağa vaxt tapmayacaqsınız. Yalnız birinci və ikinci mərtəbələrdə olan insanlar xilas ola biləcək və sığınacaqlarda gizlənməyə vaxt tapacaqlar. Təbii ki, əgər onlar açıqdırsa”, – o bildirib.
Ekspert əmindir ki, Yaponiya hökuməti öz əhalisinin müdafiəsi üzrə tədbirlər görür. Amma o əlavə edib ki, hətta buna baxmayaraq, qurbanların miqdarı böyük olacaq.
“Şəhərlərin meqapolisləri təşkil edir. Onlar əsasən şüşə və betondan olan yüksək binalarla tikilib. Nüvə partlayışları zamanı belə göydələnlərin dağılma zonası on dəfəyə qədər böyüyür. Onlar domino effekti yaradacaqlar. Bir bina dağılarsa, onun arxasınca başqaları da dağılacaq”, – ekspert vurğulayıb.
Siskovun sözlərinə görə, nüvə zərbəsi halında ən yaxşı sığınacaqlardan biri metro olacaq. Ancaq, o qeyd edir ki, insanların çoxluğu ilə əlaqədar burada da hamının xilas olmaq şansı olmayacaq.
“Bu gün nüvə müharibəsi realdır”, – Konstantin Siskov yekunlaşdırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button