2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

OnePlus 10R smartfonunun sahib olacağı texniki göstəricilər barəsində məlumat verilib

    Yaxın aylar ərzində OnePlus şirkəti OnePlus 10R smartfon modelini təqdim etməlidir. Bu səbəbdən də insayderlər sözügedən smartfonun sahib olacağı texniki özəlliklər barəsində məlumat veriblər. Məlumatda qeyd edilib ki, Smartfon MediaTek şirkətinin prosessoru vasitəsilə çalışacaq. Belə ki, OnePlus 10R modeli 8 nüvəli Dimensity 8100 prosessoru ilə təchiz olunmalıdır. Qeyd etmək lazımdır ki, bu prosessor özündə 5G modemi və Mali-G610 MC6 qrafik çipini birləşdirir. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, OnePlus 10R 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.7 düym AMOLED E4 ekran ilə təchiz olunacaq və ekran HDR10+ dəstəyinə sahib olacaq.

Saytların yığılması Saytlarin yigilmasi

    Smartfon özündə 50 MP + 8 MP + 2 MP üçlü arxa kameranı və 16 MP-lik ön kameranı birləşdirəcək. Smartfon həmçinin 12 GB-a kimi RAM yaddaşı və 256 GB-a kimi daxili yaddaş həcmi ilə təchiz olunmalıdır. Batareya həcminə gəldikdə isə gözləntilərə əsasən smartfon 150 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. OnePlus 10R kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipə və Dolby Atmos dəstəkli stereo səsgücləndiricilərə sahib olmalıdır. Onun OxygenOS 12 interfeysli Android 12 vasitəsilə çalışacağı güman edilir. OnePlus 10R-in dəqiq şəkildə nə zaman təqdim olunacağı və hansı qiymətə satılacağı barəsində hələ heç bir məlumat yoxdur.

24 saat” “OnePlus 10R smartfonunun sahib olacağı texniki göstəricilər barəsində məlumat verilib” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button