2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

OnePlus Nord CE 2 Lite 5G və OnePlus 10R smartfonları təqdim olunub – QİYMƏTİ

    OnePlus şirkəti 2 yeni smartfon modelini təqdim edib. Söhbət, OnePlus Nord CE 2 Lite 5GOnePlus 10R modellərindən gedir. İlk öncə OnePlus Nord CE 2 Lite 5G modelindən başlayaq. Sözügedən smartfon bu ilin əvvəlində təqdim edilmiş OnePlus Nord CE 2-nin bir qədər təkmilləşdirilmiş versiyasıdır. Xarici görünüşcə bu smartfonlar demək olar eynidirlər. Sadəcə olaraq yeni smartfonun arxa panelində işıqlandırma sistemi bir qədər fərqli şəkildə yerləşdirilib. Smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2412×1080 piksel keyfiyyətli 6.59 düym IPS ekranla təchiz olunub. Ekranın yuxarı sol hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşir. Barmaq izi skanı texnologiyası smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.

Saytların yığılması Saytlarin yigilmasi

    Bununla yanaşı OnePlus Nord CE 2 Lite 5G özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipini və naqilli qulaqlıqlar üçün olan 3.5 mm-lik audiogirişi birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə isə smatfon 6 nanometrlik 8 nüvəli Snapdragon 695 prosessoru, 6/8 GB RAM, 128 GB daxili yaddaş həcmi (1 TB-a kimi microSD dəstəkli), 64 MP + 2 MP + 2 MP üçlü arxa kamera, 16 MP-lik ön kamera (78 dərəcə bucaq əhatəsi) və 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon OxygenOS 12.1 interfeysli Android 12 vasitəsilə çalışır. 6 GB RAM-a sahib versiya 260$-a, 8 GB RAM-a sahib versiya isə 285$-a satılır.

    OnePlus 10R smartfon modelinə gəldikdə isə bu, bir neçə müddət bundan öncə Çində təqdim edilmiş OnePlus Ace modelinin qlobal versiyasıdır. Sözügedən smartfon barəsində deyiləcək o qədər də çox söz yoxdur. Belə ki, hər iki smartfon demək olar ki, eynidir. Sadəcə olaraq OnePlus 10R modeli 2 versiyada satılacaq. Onlardan biri 80 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh, digəri isə 150 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunur. Onu da qeyd etmək lazımdır ki, OnePlus Ace-dən fərqli olaraq OnePlus 10R-in 512 GB daxili yaddaşa sahib versiyası yoxdur. OnePlus 10R-in satışlarına 4 may tarixində start veriləcək. Onun satış qiymətləri isə aşağıdakı kimi olacaq:

– 8 GB RAM-a, 128 GB yaddaşa və 80 vatt gücündə sürətli şarj texnologiyasına sahib OnePlus 10R – 508$

– 12 GB RAM-a, 256 GB yaddaşa və 80 vatt gücündə sürətli şarj texnologiyasına sahib OnePlus 10R – 560$

– 12 GB RAM-a, 256 GB yaddaşa və 150 vatt gücündə sürətli şarj texnologiyasına sahib OnePlus 10R – 573$.

24 saat” “OnePlus Nord CE 2 Lite 5G və OnePlus 10R smartfonları təqdim olunub – QİYMƏTİ” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button