2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Onlar bundan sonra da dövlətin diqqət mərkəzində olacaqlar”

Aydın Mirzəzadə: “Büdcə ehtiyatı artdıqca sosial müdafiəyə ehtiyacı olan insanlara ayrılan müavinətlər də artır”

Prezident İlham Əliyevin 11 oktyabr 2016-cı il tarixli fərmanına əsasən milli qəhrəman və onların ailə üzvlərinə verilən prezidentin aylıq təqaüdün məbləği iki dəfə artırılaraq 1300 manat məbləğində qərarlaşıb.
Məlum yeniliklə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Aydın Mirzəzadə bunu dövlətin milli qəhrəmanlara və onarın ailə üzvlərinə göstərdiyi xüsusi diqqətin bir nümunəsi kimi dəyərləndirib:
“Cəmiyyətin bütün təbəqələri dövlətin diqqəti, qayğısı altındadır. Büdcə ehtiyatı artdıqca sosial müdafiəyə ehtiyacı olan insanlar qrupuna ayrılan müavinətlər də artır. Bunların içərisində Milli Qəhrəman adını daşıyan şəxslər və ya onların ailə üzvləri də var. Onların dövlət tərəfindən himayəsinə xüsusi olaraq diqqət yetirilir. Bu şəxslərlə bağlı müavinətlərin əhəmiyyətli dərəcədə artması göstərir ki, bu insanlar dövlətin daim diqqət mərkəzindədir və bundan sonra da diqqət mərkəzində olacaq”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button