2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

‘Onlar nə gəlir, nə də əmlak deklarasiyasını verir’

Son illər Azərbaycanda az qala hər gün tibb, təhsil, icra orqanları və başqa sahələrdə rüşvət iddiası ilə məmur həbsləri ilə bağlı Baş Prokurorluq müxtəlif məlumatlar yayır. Amma arada iri məmur həbsləri də diqqət çəkir. Elə iki gün öncə, avqustun 17-də mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov rüşvət və başqa ittihamla 8 il azadlıqdan məhrum edildi. Hərçənd, o, ittihamları qəbul etmirdi.

İ.Əliyev

“Azərbaycanda bu məsələlərə dözümlülük sıfır səviyyəsindədir”

Azərbaycanda tez-tez korrupsiya ilə mübarizə aparıldığı bəyan edilir. Prezident İlham Əliyev də çıxışlarının birində bu mövzuda danışarkən bunları bildirib: “Korrupsiya və rüşvətxorluq halları bütün ölkələrdə var. Əsas məsələ odur ki, dövlət və hökumət bu məsələlərə hansı prizmadan yanaşır. Azərbaycanda bu məsələlərə dözümlülük sıfır səviyyəsindədir və hesab edirəm ki, gördüyümüz işlər bunu təsdiqləyir. Təkcə yerli icra orqanlarının rəhbərləri yox, eyni zamanda, mərkəzi icra orqanlarının rəhbərləri də məsuliyyətə cəlb edilibdir və bu məsələlər ictimailəşdirilir”.

Beynəlxalq “Transparency International” təşkilatının 2021-ci ildə dərc olunmuş korrupsiya reytinqində Azərbaycan 30 bal yığıb və ötən ildə 180 ölkə arasında 129-cu yer tutub. 2019-cu ildə Azərbaycan həmin reytinqində 126-cı yerdə idi. Beləliklə Azərbaycanın nəticəsi bir az da pisləşıb. Ölkə öz yerini Rusiya, Qabon, Malavi və Mali ilə bölüşdürür.

Saytların yığılması Saytlarin yigilmasi

İndi bəzi müşahidəçilər tez-tez belə suallar səsləndirirlər: Azərbaycanda korrupsiya ilə ciddi mübarizə aparılırmı? Bütün bu həbslər rüşvətxorluqla, korrupsiya ilə mübarizədə effektiv mübarizə sayılırmı? Sayılırsa, nədən həbslər davam edir? Sayılmırsa, buna səbəb nədir?

A.Məmmədov

A.Məmmədov

“Korrupsiyaya ilə mübarizə keyfiyyətcə yeni müstəviyə keçib”

Milli Məclisin deputatı Anar Məmmədov “Turan”a bildirib ki, Azərbaycanın korrupsiyaya ilə mübarizə təcrübəsi sistemli, hərtərəfli və innovativ xarakter daşıyır: “Bu istiqamətdə müvafiq proqramlar, qanunvericilik aktları qəbul olunub, bəhs olunan sahədə yeni strateji baxışlar və vəzifələr müəyyən edilib, korrupsiyaya ilə mübarizə keyfiyyətcə yeni müstəviyə keçib”.

“Mübarizə qətiyyətlə davam etdiriləcək”

Deputatın sözlərinə görə, ciddi qanun pozuntularına yol vermiş vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması və bu sahədə vətəndaş cəmiyyəti institutlarının fəallığının gücləndirilməsi də ayrıca qeyd edilməlidir: “Bu istiqamətdə vaxtaşırı qərarların qəbul edilməsi, həmçinin verilən müvafiq tapşırıqlara uyğun olaraq davamlı addımların atılması onu deməyə əsas verir ki, ölkəmizdə bundan sonra da korrupsiyaya və rüşvətxorluqla mübarizə qətiyyətlə davam etdiriləcək”.

N.Bəydəmirli

N.Bəydəmirli

“Bəziləri isə bunu bacarıqsızlıqdan açıq-aşkar edirlər”

İqtisadçı, işadamı və keçmiş deputat Nazim Bəydəmirli isə AzadlıqRadiosuna bildirib ki, korrupsiya və rüşvətxorluq Azərbaycanda idarəetmənin əsas fəlsəfəsinə çevrilib. O, dövlət vəsaitindən şəxsi vəsait kimi istifadə edilməsi hallarından danışıb.

İqtisadçının sözlərinə görə, bunun fərqli metodları var: “Bir az bacarıqlı və ya öz reputasiyasını qorumağa çalışanlar bunu başqa adamların əlləri ilə edirlər. Onlar bir sıra müqavilələrə öz qohumlarını, müxtəlif dövlət satınalmalarına proksi şirkətləri cəlb edərək onların vasitəsilə varlanırlar. Bəziləri isə bunu bacarıqsızlıqdan açıq-aşkar edirlər”.

“Əgər onlar rəhbər şəxslərə sadiqdirlərsə…”

O, həbslərlə də bağlı mülahizələrini bölüşüb: “Rüşvətxorluq və korrupsiya vəzifələrdə daha yuxarı vəzifə tutan şəxslərə sadiqliklə ölçülür. Əgər onlar rəhbər şəxslərə sadiqdirlərsə, onların korrupsiya və rüşvətxorluqla tutulma şansı azdır”.

N.Bəydəmirlinin fikrincə, Azərbaycanda yüksək vəzifəli şəxslərin əksəriyyəti öz bacarığına, savadına görə yox, qohumbazlıq, traybalizm, regionçuluq və ya rüşvətlə vəzifələrə sahibləniblər: “Onlar “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna uyğun olaraq, nə gəlir deklarasiyasını, nə də əmlak deklarasiyasını verir. Müxtəlif jurnalist araşdırmalarında sübut olunub ki, vəzifəli şəxslərin qısa bir müddətdə varlanıb oliqarxa çevrilməsi mümkündür. Dövlət vəsaitlərin xərclənməsi ilə bağlı qanunvericilik yalnız kağız üzərindədir”.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button