Now Reading:
“Onu öldürmək istəmirdim, bıçağı çıxarmasaydım məni öldürəcəkdilər”

Peşəkar güləşçi olan dostunu öldürən şəxsin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Loğman Alıyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. Bizimyol.info xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İttihama görə, hadisə bu il Bakıda baş verib. Loğman Alıyev peşəkar güləşçi olan dosti Elçin Tapdıqovu xuliqanlıq niyyəti ilə, ümumi təhlükəli üsulla təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə öldrməkdə təqsirləndirilir.

İttihama münasibət bildirən Loğman Alıyev özünü qismən təqsirli bildiyini deyib. O, sərbəst ifadəsində Elçin Tapdıqovla yaxın münasibətinin olduğunu, öldürmək niyyəti olmadığını, özünü müdafiə məqsədi ilə vurduğunu deyib. Təqsirləndirilən bildirib ki, Elçin əvvəllər dəfələrlə onların evində olub və birlikdə çörək kəsmişik. Ancaq ifadəsində qeyd edib ki, hadisədən əvvəl Elçinlə aralarında söz-söhbət olub. “Hadisə baş verən günü kafedə iki tanışımla ilə pivə içərkən kafenin qabağından keçən Elçin bizə tərəf baxıb söyüş söydü. Onu çağırıb söyüşü kimə söydüyünü aydınlaşdırmaq istədim. 2 dəqiqə keçməmiş özü qayıtdı. Ondan söyüş söyməsinin səbəbini soruşmaq istəyəndə dedi ki, yaxşı edib söyürəm”.
L.Alıyev qeyd edir ki, bu sözdən sonra məsələni aydınlaşdırmaq üçün heç kimin olmadığı yerə gedən zaman Elçin onu yenə söyüb. “Elçinin yanında başqaları da vardı. Söhbətə başlayanda Elçin yenə də söyüş söyürdü. O da içkili idi. Birinci o məni vurdu. Sonra da yanında olanlar məni vurmağa başladılar. Başıma o qədər vurdular ki, mən də bıçağı çıxarıb özümü müdafiə etmək üçün sağa-sola hərəkət etdirdim. Onu öldürmək istəmirdim. Əgər bıçağı çıxarmasaydım məni öldürəcəkdilər”.

Loğman Alıyev əlavə edib ki, davadan sonra Elçin öz maşınına minərək hadisə yerindən gedib, o isə taksiyə minərək qardaşının evinə gedib.

Elçin Tapdıqovla münasibətlərinin hansı səbəbdən pozulması ilə bağlı hakimin sualına cavab olaraq təqsirləndirilən bildirib ki, mərhum bir neçə onun ünvanına söyüşlər söyüb, başqa yerdə də arxasınca danışıb. Buna əhəmiyyət verməsəm də, əvvəldən şox yaxşı olan münasibətlərimiz pozulmuşdu”

Loğman Alıyevə Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9-cu maddəsi ilə ittiham verilib.
bizimyol.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.