2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

“OPEC” 2021-ci il üzrə neft tələbi proqnozunu stabil saxladı

Tamara Mustafayeva, Banco.az

Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) bu il üzrə qlobal neft tələbinə dair artım proqnozunu gündəlik 6 milyon barel səviyyəsində stabil saxlayıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, OPEC avqust ayı üzrə hesabatında bu ilki qlobal neft tələbinin gündəlik 96,6 milyon barel olacağını qeyd edib. Bununla da, qlobal neft tələbi üzrə artım göstəricisi bu il üçün stabil saxlanılsa da, 2022-ci ildə 4,15 milyon barel artım gözlənildiyi vurğulanıb.

Saytların yığılması Saytlarin yigilmasi

Proqnozun stabil saxlanmasında birjalarda hərəkətliliyin artması və səyahət fəaliyyətlərinin intensivləşməsinin də təsirilə iqtisadiyyatı güclü olan ölkələrdə yaxşılaşma müşahidə edilməsinə baxmayaraq hələ də ilin son rübündə yeni növ koronavirus pandemiyasının səbəb olduğu qeyri-müəyyənliklərin ümumi tələb mənzərəsində azalmaya doğru dəyişiklik yaratması əsas rol oynayıb.

Qeyd edək ki, OPEC-in gündəlik xam neft hasilatı isə avqust ayı ərzində 151 min barel artmaqla təqribən 26,76 milyon barel səviyyəsinə çatıb. Təşkilatın qlobal neft hasilatı üzrə payı isə ötən ay 0,2% artımla 28% təşkil edib.

Instagram

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button