2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

OPEC hasilatı azaldır: Rusiya razı, ABŞ narazıdır

Rusiyanın da daxil olduğu OPEC+ oktyabrın 5-də hasilatı kəskin azaltmaq barədə qərar qəbul edib.

Reuters agentliyi yazır ki, ABŞ administrasiyası onsuz da sıx bazarda belə bir addımın atılmasını “uzağı görməzlik” adlandırıb.

Saytların yığılması Saytlarin yigilmasi

OPEC-in de-facto başçısı Səudiyyə Ərəbistanı bildirir ki, hasilatın günə 2 milyon barrel azaldılması Qərbdə qalxmaqda olan uçot dərəcələrinə və daha zəif qlobal iqtisadiyyata zəruri reaksiyadır.

Günə 2 milyon barrel qlobal təchizatın 2 faizi qədərdir.

Rusiya ilə sövdələşmə?

Rusiya ilə sövdələşmə?

Səudiyyə qiymətlərin qaldırılması məqsədilə Rusiya ilə sövdələşməyə girdiyinə dair tənqidləri təkzib edib və bildirib ki, Qərb OPEC-i tənqid edərkən çox vaxt “zənginlik lovğalığından” çıxış edir.

Ağ Ev bildirib ki, prezident Co Bayden neftin qiymətini aşağı hədlərdə saxlamaq üçün strateji ehtiyatlardan bazara nə qədər neft buraxılmasının lazım olduğunu qiymətləndirir.

Ağ Ev bildirib:

“Prezident qlobal iqtisadiyyatın Putinin Ukraynaya müdaxiləsinin davam edən neqativ təsirləri ilə çarpışdığı bir vaxtda OPEC+ qrupunun bu uzağı görməyən qərarından, hasilat kvotalarını azaltmaq qərarından məyus olub”.

ABŞ-da aralıq seçkiləri ərəfəsində Baydenin reytinqi yüksələn inflyasiyaya görə düşüb və o ABŞ-ın yaxın müttəfiqi sayılan Səudiyyəni neft qiymətlərinin salınması üçün hasilatı artırmağa çağırmışdı.

Moskvanın gəlirlərini azaltmaq

ABŞ rəsmiləri bildirirlər ki, Vaşinqtonun neftin ucuzlaşmasını istəməsi onun Moskvanın neft gəlirlərini azaltmaq niyyətindən irəli gəlir.

Bayden bu il Ər-Riyada səfər etsə də krallığı enerji öhdəlikləri götürməyə əmin edə bilməmişdi.

Səudiyyənin Moskvanın Ukraynaya qarşı təcavüzünü pisləməməsi isə münasibətləri daha da gərginləşdirmişdi.

Reuters yazır ki, hasilatın ixtisarına dair oktyabrın 5-də Vyanada qəbul edilmiş qərar 120 dollardan 90 dollara düşmüş neftin qiymətini dirçəldə bilər.

“24 saat “OPEC hasilatı azaldır: Rusiya razı, ABŞ narazıdır” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button