Loading...
Loading...
SEÇMƏ

OPEC neftin qiymətinin düşməsini əngəlləməyə çalışır

Yayımlandı: 6 Sentyabr 2022 16:51

Hasilatın sutkada 100 min barel azaldılması planlaşdırılır

Neft istehsalçıları oktyabrda hasilatı sutkada 100 min barel azaldacaq. Azalma qlobal tələbatın 0,1 faizini təşkil edəcək.

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və müttəfiqləri neft qiymətlərindəki enişi durdurmaq üçün oktyabrda neft hasilatını kiçik həcmdə azaltmaq barədə razılığa gəlib.

Təşkilatın sentyabrın 5-də yayılan bəyanatında belə bildirilir.

Qeyd edilir ki, həmçinin OPEC lideri Səudiyyə Ərəbistanı qeyri-sabitliyin davam edəcəyi təqdirdə fövqəladə iclas çağıra bilər və bu barədə də razılığa gəlinib.

Düzdür, hazırki qərar qlobal tələbatın cəmi 0,1 faizini təşkil edir. Lakin son bir ildə olan OPEC+un hasilatda ilk ixtisarıdır.

23 ölkənin koalisiyası COVID-19 pandemiyasının neft qiymətlərinə zərbə vurduğu 2020-ci ildə hasilatda böyük ixtisarlara getmişdi.

Ötən il bazarın düzəlməsi fonunda OPEC+ yenidən hasilatı cüzi artırmağa başlayıb.

Rusiyanın Ukraynanı işğal etməsindən sonra bir barelin qiyməti 140 dollara qalxıb. Lakin Qərbdə iqtisadi yavaşlama və tənəzzül qorxusu fonunda iyunda bir barel neft 95 dollaradək enib.

OPEC-in ən böyük istehsalçısı Səudiyyə Ərəbistanı keçən ay bazarda şişirdilmiş neft qiymətlərinə görə hasilatın azaldılması ehtimalını irəli sürmüşdü.

“Benchmark Brent” markalı xam neft iqtisadi yavaşlama və tənəzzül qorxusu ilə Qərbdə iyunda 120 dollardan təklif edilirdi.

Hazırda isə bir bareli 95 dollara edib.

Sentyabrın 5-də Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak deyib ki, OPEC+ neft hasilatının azaldılması, sadəcə olaraq, zəif qlobal iqtisadi artım gözləntilərinin əksidir.

Əgər 2015-ci il nüvə sazişinin bərpası ilə bağlı razılıq əldə olunarsa, eyni zamanda, sanksiyalar yumşaldılarsa, İrandan tədarükün artması gözlənir.

İranın geniş bazara gözlənilən qayıdışının da neft qiymətlərinin düşməsində payı var.

İranın neft naziri Cavad Ovci OPEC+ iclasından sonra verdiyi açıqlamada bildirib ki, mövcud bazar şərtləri nəzərə alınmalıdır. Həmçinin neft alyansı çərçivəsində əməkdaşlıq qlobal istehlakçılara kömək edir:

“Həmişə bəyan etmişik ki, neftin və neft məhsullarının tədarükünə, neftin siyasiləşdirilməsinə və enerjidən siyasi istifadəyə yol verməməklə dünyada enerji təhlükəsizliyinin yaxşılaşdırılmasına töhfə verməyə hazırıq”.

ABŞ da ölkəsində və Avropada inflyasiyaya səbəb olan enerji qiymətlərinin salınmasından ötrü OPEC+-a hasilatı artırmaq üçün təzyiq göstərib.

Ağ Ev yaydığı açıqlamada bildirib ki, Prezident Co Bayden enerji təchizatını artırmaq və qiymətləri aşağı salmaq üçün gərəkən bütün addımları atmağa qərarlıdır.

Meydan TV

Gözdən qaçırmayın:  Siyasi şərhçi: “Bakı ilə Yerevan arasında sülh sazişini imzalamaq münaqişəni həll etmir”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button