2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

OpenAI təşkilatı sadə mətnlər əsasında fotolar yarada bilən neyron şəbəkəsini təqdim edib – VİDEO

    Süni zəka sahəsində fəaliyyət göstərən OpenAI adlı qeyri-kommersiya təşkilatı özünün DALL-E adlı neyron şəbəkəsinin yeni versiyasını təqdim edib. Qeyd etmək lazımdır ki, bu neyron şəbəkə sadə mətn təsviri sayəsində fotolar generasiya edə bilir. DALL-E 2 daha geniş imkanlar əldə edib və həmin imkanlar arasında artıq hazır fotolarla çalışmaq bacarığı da var. Yeni alqoritmin əvvəlki versiyadan əsas fərqi ondan ibarətdir ki, o, artıq hazır fotoları redaktə etmək imkanını özündə birləşdirir. Əvvəllər bu neyron şəbəkəsi yalnız mətn təsviri əsasında fotolar çəkə bilirdi. İndi isə onun sayəsində mətn təsvirini daha dərin şəkildə fotoya çevirmək olar. İstifadəçi hər hansısa fotodakı hissəni seçib alqoritmə seçilmiş hissədəki lazımi dəyişikliklərin sorğusunu göndərə bilər.

Beret ilə uzunboğazlı qırmızı sviterdə olan şiba-inu cinsli it sorğusu üçün alqoritm tərəfindən generasiya edilmiş foto:

Saytların yığılması Saytlarin yigilmasi

    Məsələn sözügedən alqoritm fotodakı tablonu digəri ilə əvəzləyə və ya ümumiyyətlə silə və stolun üzərinə hansısa digər bir obyekti əlavə edə bilər. Alqoritm otaqdakı kölgələrin istiqaməti kimi detalları nəzərə almaqla obyektləri redaktə edə bilir. DALL-E 2-nin sahib olduğu digər bir funksiya isə mövcud olmayan fotoların axtarışı alətinə bənzəyir. Bu halda istifadəçi sistemə bu və ya digər fotonu yükləyir və neyron şəbəkəsi öz növbəsində yüklənmiş fotoya bənzərlərini yaradır. Yaradılmış fotolar isə 1024×1024 piksel ölçüsünə sahib  olurlar.

Yundan toxunmuş bədheybətə oxşayan şorba kasası sorğusu üçün alqoritm tərəfindən generasiya edilmiş foto:

    DALL-E 2 neyron şəbəkəsi CLIP adlı texnologiya əsasında qurulub. Bu, computer vision sistemidir. OpenAI onu keçən il anons etmişdi. Sözügedən neyron şəbəkəsi arzuolunmaz materialların istisna edildiyi məlumatlar bazası əsasında təlimatlandırılıb. Buna görə də o, qadağan edilmiş kontentlərin yaradılması imkanından azad olunub. Sui-istifadə hallarından qorunmaq üçün nəzərdə tutulmuş funksiyadan istifadə edərək neyron şəbəkəsi hansısa adlar əsasında tanınan simaları generasiya edə bilmir. Hal hazırda DALL-E 2 qapalı beta test mərhələsindən keçir. Lakin OpenAI tərtibatçıları qeyd ediblər ki, yaxın zamanda o, kütləvi istifadə üçün təqdim ediləcək və onu müxtəlif tətbiqlər formatında istifadə etmək mümkün olacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button