2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Oqtay Əsədov: “AŞPA-nın sessiyasında Türkiyəyə qarşı yanlış addım atıldı”

“Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında Türkiyəyə qarşı yanlış addım atıldı. Türkiyəni post-monitorinqdən monitorinqə keçirdilər”.

Moderator.az -ın “Report”a istinadən verdiyi xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov deyib.

O bildirib ki, Türkiyə Avropa Şurası Parlament Assambleyasının əsasını qoyan ölkələrdən biridir.

Saytların yığılması Saytlarin yigilmasi

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da çıxışında AŞPA-nın bu addımını tənqid edib. O deyib ki, burada ikili standartlardan çıxış edilib: “AŞPA-nın məsələlərə ikili standartlarla yanaşması yaz sessiyasında pik həddə çatdı. Türkiyə ilə bağlı məruzə hazırlanmışdı. 13 il əvvəl monitorinqdən post-monitorinqə keçirilmişdi. Yaz sessiyasında yenidən monitorinqə qaytarıldı. Türkiyə siyasətçiləri bildirmişdi ki, fikir mübadiləsi aparmağa hazırdılar. Bu addımla Türkiyəni Avropadan ayırmağa çalışırlar”.

S.Səmədov qeyd edib ki, Avropa Şurasında yaranmış vəziyyət burada böhranın olduğunu göstərir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button