2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Oqtay Əsədov da xəcalət çəkir

“Jurnalistlərə ev verilir, qəzetlərə maliyyə yardımı edilir, onlar da mətbuatda təhqir yazanlara qarşı mübarizə aparmalıdır”

Spiker Oqtay Əsədov sosial şəbəklərdə yazıllanlardan narazılıq edib

“Ətraflarında xeyli sayda köməkçi, cangüdən saxlayırlar, amma maliyyə mənbələrinin hesabatını vermirlər. O mənbələr açıqlanmalıdır. Pulla adam saxlamaq, iğtişaş yaratmaq, mitinq keçirməyin mənbəyi məhz o qaranlıq mənbədə, şirədədir. O şirə bağlanmayınca, davam edəcəklər”.

Bunu Milli Məclisin iclasında İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib. O, bildirib ki, Azərbaycanda bəzi siyasi partiyalar Mərkəzi Seçki Komissiyalarına maliyyə hesabatı vermir və buna görə də, siyasi partiyalarla bağlı yeni qanun layihəsinə ehtiyac var.

Saytların yığılması Saytlarin yigilmasi

Deputat əlavə edib ki, siyasi partiyalara maddi dəstək verənlər onlara tapşırıq da verir:

“Pul verən tapşırıq verir, onlar da canla-başla vətənə, dövlətə qarşı çıxırlar. Həmin insanlar üçün xalq, dövlət anlayışı yoxdur, maddi anlayış var. Bu məsələlər qanunvericiliklə tənzimlənməlidir, qarşısı qəti şəkildə alınmalıdır. Xaricdə ermənidən pul alanlar da bu şəkildə fəaliyyət göstərirlər”.

Əgər bizə söz deyilirsə, biz onlardan 20 dəfə artıq deməliyik

Deputat hamını birlikdə mübarizəyə səsləyib: “Milli Məclis haqqında söz deyilir, hətta təhqir səsləndirilir, amma bəzi deputatlar yaxalarını kənara çəkir ki, bizə aidiyyatı yoxdur. Halbuki parlament haqqında deyilən söz bütün deputatlara aiddir. Əgər bizə söz deyilirsə, biz onlardan 20 dəfə artıq deməliyik. Başa düşsünlər ki, onlar bizimlə qarşı-qarşıya gəlmək gücündə deyillər. Onlarınkı yalnız söyüşdür. Söyüş söyürsə, qarşılıqlı cavabını verməliyik”.

Komitə sədri sosial şəbəkələrlə anonim adlar altında təhqirlər yazılması məsələsinə də toxunaraq, bunu “mənəvi terror” adlandırıb:

“Bu, onların ağlının məhsulu deyil, xaricdə oturan bəzi dairələrin göstərişidir. Onlar bilmir ki, 25-30 ildir siyasətlə məşğuluq, mexanizmi də çox yaxşı bilirik. Onlar bu cür addımlarla bizi qlobal siyasətimizdən döndərə bilməzlər”.

Deputat jurnalistlərdən danışdı

Siyavuş Novruzov “Kütləvi informasiya vasitələri haqqında” qanuna da dəyişiklik təklif edib. O bildirib ki, bəzi KİV-lərdə artıq bütün etik qaydaları pozanlara qarşı yeganə yol qanunvericilikdir:

“Vətəndaşın aşağılanması, dövlətin əleyhinə fikirlər söyləmək, dövlət çevrilişinə çağırışlar, istənilən adamın istənilən fikri söyləməsi, cəzasızlıq mühiti belə vəziyyətin yaranmasına səbəb olub. Müzakirə olunmalıdır ki, bu məsələ necə həll olunsun. Azərbaycanda adət-ənənə olub. İndi 5-10 nəfər ortaya düşüb dövlətçilik haqqında, dövlət qurucusu haqqında ağızlarına gələni danışır. Ulu öndər Heydər Əliyev mətbuat üzərindən senzuranı ləğv etdi, qəzetlərin borcu bağlandı, bu gün Prezident İlham Əliyev mətbuata böyük diqqət göstərir, jurnalistlərə ev verilir, qəzetlərə maliyyə yardımı edilir. Onlar da öz fikirlərini bildirməlidir ki, təhqir etmək olmaz. Onlar da mətbuatda təhqir yazanlara qarşı mübarizə aparmalıdır”.

Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, Siyavuş Novruzovun dediyində həqiqət var:

“Ulu öndər Heydər Əliyev dedi ki, mətbuatda şərəf və ləyaqətə toxunmağa görə məsuliyyətə cəlb etməyək, ancaq indi təhqirə keçiblər. Bu məsələni oturub müzakirə etmək, qarşısını almağın yollarını fikirləşmək lazımdır”.

Spiker Oqtay Əsədov onu da deyib ki, sosial şəbəkələri oxuyanda insan xəcalət çəkir:

“Milli Məclisin, dövlət rəhbərliyinin adına ağızlarına gələni yazırlar. Təhqirə yol verənlərin qarşısının alınmasını fikirləşməliyik. İnsanlar bilməlidir ki, mentalitet təhqirə yol vermir. Artıq hər şey şeydən keçiblər. Hesab edirəm ki, “Kütləvi İnformasiya Vasitələri haqqında” qanuna da yenidən baxılmalıdır”.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, sosial şəbəkələrdə anonim adlarla təhqir yazanlarla bağlı qanunvericlikdə məsuliyyət nəzərdə tutulub. “2016-cı ildə Cinayət Məcəlləsinə 148-1-ci maddəsi əlavə olunub. Bu maddə anaonim adlarla təhqir yazanlara qarşı cinayət məsuliyyəti – azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur”.

Maraqlı xəbərlər üçünAz24saat.org saytının FACEBOOK səhifəsini izləyin

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button