2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Oqtay Gülalıyev 4-cu dəfə əməliyyat olunub


Hüquq müdafiəçisi Oqtay Gülalıyev müalicə aldığı Türkiyənin İstanbul şəhərindəki Amerika Xəstəxanasında dünən, iyunun 25-də növbəti dəfə əməliyyat olunub. Bu barədə AzadlıqRadiosuna O.Gülalıyevin xanımı Firuzə Gülalıyeva bildirib.

Xanımının sözlərinə görə, əməliyyatı O.Gülalıyevi müalicə edən həkimi Mehdi Sasani aparıb: “Oqtayın başının sol beyin hissəsinə plastik kəmik sümüyü qoyuldu və qəzadan bu yana açıq qalan beyinin həmin hissəsi örtüldü. Əməliyyat 4 saata yaxın çəkdi. Əməliyyatdan sonra Oqtayı süni tənəffüs aparatına qoşdular. İki saatdan sonra isə ayırdılar. Vəziyyəti yaxşıdır. Hər hansı ağırlaşma yoxdur…”.

F.Gülalıyeva əlavə edib ki, həkimin deməsinə görə, əməliyyat uğurlu keçib: “Hələlik komadan ayılmayıb”.

Saytların yığılması Saytlarin yigilmasi

Əməliyyat və hüquq müdafiəçisinin ümumi səhhəti ilə bağlı həkimin özü ilə isə, hələlik, danışmaq mümkün olmayıb.

 

Bu, O.Gülalıyevin avtomobillə vurulduqdan sonra keçirdiyi 4-cü əməliyyatdır. O, birinci dəfə Bakıda əməliyyat edilib, Türkiyədə Amerika Xəstəxanasında yatdıqdan sonra da daha iki dəfə də əməliyyat olunmuşdu.

Xatırlatma

Oqtay Gülalıyev 2019-cu il oktyabrın 29-da Bakının mərkəzində yol-nəqliyyat qəzasına düşüb. Həmin gün axşam Kliniki Tibbi Mərkəzə gətirilib. Oktyabrın 31-də isə “City Hospital”da əməliyyat edilib. Noyabrın 1-də Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb. 2019-cu il noyabrın 5-də Heydər Əliyev Fondunun dəstəyi ilə müalicəsini davam etdirmək üçün Türkiyənin İstanbuldakı Avrasiya Klinikasına yerləşdirilib.

Noyabrın 20-dən onun müalicəsi Amerika Xəstəxanasında davam etdirilir.

Avtomobil qəzası ilə bağlı cinayət işi açılıb. Amma istintaq qurumu qəzanın qəsdən törədilmədiyi qənaətini açıqlayıb. O.Gülalıyevin vurulduğu avtomobilin sürücü də qəzanı qəsdən törətmədiyini, bunun ehtiyatsızlıqdan baş verdiyini söyləyib.

Ancaq Azərbaycanda bəzi fəallar və müxalifət təmsilçiləri rəsmi açıqlama və sürücünün dediklərinə şübhə ilə yanaşırlar.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button