2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Oqtay Gülalıyev Azərbaycana gətirilir


Sabah, noyabrın 8-də Türkiyənin Amerika Xəstaxanasında müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyev ölkəyə gətirilməlidir.

Bu barədə hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev məlumat verib.

T.Gülalıyev əlavə edib ki, Oqtay Gülalıyevin müalicəsi Bakıda, şəxsi evlərində davam edəcək:

Saytların yığılması Saytlarin yigilmasi

“Səhhətində çox da dəyişiklik yoxdur. Gözlərini açır, əllərini ayaqlarını bəzən hərəkət etdirir. Geriləmə yoxdur. Ümid edirik ki, vətənə qayıtmağımız hər halda uğurlu olacaq”.

Hüquq müdafiəçisi O.Gülalıyevin 2019-cu il oktyabrın 29-da Bakının mərkəzində piyada keçidində avtomobillə vurulduğu bildirilir. Onun başından aldığı zədə nəticəsində hələ də komada olduğu deyilir.

Fakt üzrə Cinayət Məcəlləsinin 263.1.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi qaldırılıb.

O.Gülalıyev qəzadan sonra, elə 2019-cu il oktyabrın 29-da axşam Bakıdakı Kliniki Tibbi Mərkəzə gətirilib. Oktyabrın 31-də isə “City Hospital”da əməliyyat edilib. Noyabrın 1-də Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb. 2019-cu il noyabrın 5-də Heydər Əliyev Fondunun dəstəyi ilə müalicəsini davam etdirmək üçün Türkiyənin İstanbuldakı Avrasiya Klinikasına yerləşdirilib. Noyabrın 20-dən onun müalicəsi Amerika Xəstəxanasında davam etdirilib.

O.Gülalıyevin vurulduğu avtomobilin sürücü hadisəni qəsdən törətmədiyini, bunun ehtiyatsızlıqdan baş verdiyini söyləyib. Ancaq Azərbaycanda bəzi fəallar və müxalifət təmsilçiləri rəsmi açıqlama və sürücünün dediklərinə şübhə ilə yanaşırlar.

Bu müddət ərzində hüquq müdafiəçisi dörd dəfə əməliyyat olunub.

Bu işlə bağlı istintaq başa çatıb, məhkəmə hazırlığı da olub.Proses noyabrın 13-də başlamalıdır. İşə Nəsimi rayon Məhkəməsində baxılacaq.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button