2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Oqtay Gülaliyevin işində hökm oxundu


Yanvarın 25-də Nəsimi Rayon Məhkəməsində Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hüquq müdafiəçisi Oqtay Gülalıyevin işi ilə bağlı qərar elan edildi. 

Məhkəmə yol-nəqliyyat hadisəsini törətməkdə ittiham olunan Kənan Abdullayevi Cinayət Məcəlləsinin 263.1.-1 maddəsi (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) üzrə təqsirli bilib. Ona 2 il 3 ay həbs cəzası verib.

Məhkəmənin qərarı ilə Kənan Abdullayev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Bundan əlavə Abdullayev avtomobil sürmək hüququndan 3 il müddətinə məhrum edilib. 

Saytların yığılması Saytlarin yigilmasi

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin 2019-cu il oktyabrın 29-da Bakının mərkəzində piyada keçidində avtomobillə vurulduğu bildirilir.

Onun başından aldığı zədə nəticəsində hələ də komada olduğu deyilir. Fakt üzrə Cinayət Məcəlləsinin 263.1.1-ci maddəsi ilə cinayət işi qaldırılıb.

Oqtay Gülalıyev qəzadan sonra, elə 2019-cu il oktyabrın 29-da axşam Bakıdakı Kliniki Tibbi Mərkəzə gətirilib. Oktyabrın 31-də isə “City Hospital”da əməliyyat edilib.

 

O noyabrın 1-də Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb. 2019-cu il noyabrın 5-də Heydər Əliyev Fondunun dəstəyi ilə müalicəsini davam etdirmək üçün Türkiyənin İstanbuldakı Avrasiya Klinikasına yerləşdirilib. Noyabrın 20-dən onun müalicəsi Amerika Xəstəxanasında davam etdirilib.

Ötən ilin noyabrında, məhkəməsi başlanmazdan öncə isə onun Bakıya gətirildiyi açıqlanıb.

Oqtay Gülalıyevi vuran avtomobilin sürücüsü hadisəni qəsdən törətmədiyini, bunun ehtiyatsızlıqdan baş verdiyini söyləyib.

Ancaq Azərbaycanda bəzi fəallar, müxalifət təmsilçiləri rəsmi açıqlama və sürücünün dediklərinə şübhə ilə yanaşırlar.

Bu müddət ərzində hüquq müdafiəçisi dörd dəfə əməliyyat olunub.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button