2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Oqtay Gülaliyevin koronavirusa yoluxduğu bildirilir


Hazırda Bakıda ev şəraitində müalicə olunan hüquq müdafiəçisi Oktay Gülalıyevin yeni növ koronavirusa yoluxduğu bildirilir.

Bu barədə hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev məlumat verib. 

Onun sözlərinə görə, dünən, noyabrın 16-da Oktay Gülalıyevin səhhətində geriləmə baş verib:

Saytların yığılması Saytlarin yigilmasi

“Qızdırması qalxıb, nəfəs darlığı yaranıb. Həkim çağırdıq, gəlib koronavirus analizi götürüblər. Bu gün, noyabrın 17-də nəticəsinin pozitiv olduğunu öyrəndik”.

Təbriz Gülalıyev qeyd edib ki, atasının əvvəl müalicəsini ev şəraitində davam etdirməyi qərara alsalar da, səhhətində geriləmə yarandığına görə onu xəstəxanaya yerləşdirməyi düşünürlər. 

Hüquq müdafiəçisi Oktay Gülalıyevin 2019-cu il oktyabrın 29-da Bakının mərkəzində piyada keçidində avtomobillə vurulduğu bildirilir. Onun başından aldığı zədə nəticəsində hələ də komada olduğu deyilir.

Fakt üzrə Cinayət Məcəlləsinin 263.1.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi qaldırılıb. Hazırda bu işlə bağlı məhkəmə gedir.

 

Oktay Gülalıyev qəzadan sonra, elə 2019-cu il oktyabrın 29-da axşam Bakıdakı Kliniki Tibbi Mərkəzə gətirilib. Oktyabrın 31-də isə “City Hospital”da əməliyyat edilib.

Noyabrın 1-də Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb. 2019-cu il noyabrın 5-də Heydər Əliyev Fondunun dəstəyi ilə müalicəsini davam etdirmək üçün Türkiyənin İstanbuldakı Avrasiya Klinikasına yerləşdirilib. Noyabrın 20-dən onun müalicəsi Amerika Xəstəxanasında davam etdirilirdi.

O bir müddət öncə Azərbaycana gətirilib.

Oktay Gülalıyevin vurulduğu avtomobilin sürücüsü hadisəni qəsdən törətmədiyini, bunun ehtiyatsızlıqdan baş verdiyini söyləyib. Ancaq Azərbaycanda bəzi fəallar və müxalifət təmsilçiləri rəsmi açıqlama və sürücünün dediklərinə şübhə ilə yanaşırlar.

Bu müddət ərzində hüquq müdafiəçisi dörd dəfə əməliyyat olunub.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button