2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Oqtay Gülalıyevin nümayəndələri: ‘Ekspertizanın nəticələrini ala bilmirik’


Hazırda koma vəziyyətində olan hüquq müdafiəçisi Oqtay Gülalıyevin nümayəndələri və vəkili məhkəmə-tibbi ekspertizanın nəticələrini ala bilmədiklərini deyirlər.

Burada söhbət Nəsimi Rayon Prokurorluğunun Oqtay Gülalıyevi müalicə edən həkimlər barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından gedir.

Oqtay Gülaliyevin ailəsinin açıqlamasına görə, istintaq onlara öz qərarını məhkəmə-tibbi ekspertizanın rəyi ilə əsaslandırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Oqtay Gülalıyevin yaxınları Azadlıq Radiosuna bildiriblər ki, ailənin yanvarın əvvəlində baş prokuror Kamran Əliyevə müraciətindən sonra cinayət işinin dayandırılması haqqında qərar ləğv edilib və Nəsimi Rayon Prokurorluğu işin təkrar araşdırılması barədə göstəriş verib.

Təkrar araşdırmanın yenidən müstəntiq Asiman Hacıyevə tapşırıldığı qeyd edilir:

“Yanvarın 25-də müstəntiq Asiman Hacıyevlə görüşdə cinayət icraatına xitam verilməsi haqda qərarın surəti bizə təqdim edilib. Bununla yanaşı, məhkəmə-tibbi ekspertizanın rəylərinin verilməsi üçün Nəsimi rayon prokurorunun adına ərizə yazmaq təklif olunub. Belə müraciət yerindəcə yazılıb, amma rəy yenə də verilməyib”.

Oqtay Gülalieyevin yaxınlarının həmçinin vurğulamalarına görə, fevralın 3-də vəkil Fuad Ağayev müstəntiq Asiman Hacıyevlə görüşdə bir daha ekspertizanın rəyini istəyib:

“Ancaq müstəntiq bunu edə bilməyəcəyini deyib. Müstəntiq və prokurorluq orqanları məhkəmə-tibbi ekspertizanın rəylərinin surətlərini ailəyə, vəkilə verməkdən imtina etməklə qanunu pozurlar”.

 

“Sənədlər verilmirsə, bu ciddi pozuntudur”

Hüquqşünas Aqil Layıc isə bildirib ki, istintaq orqanı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar və cinayət işinə xitam verəndən, yaxud məhkəməyə göndərəndən sonra bütün sənədlərini tərəflərə təqdim etməlidir:

“Təqdim edilməyə bilməz. Ailəsi zərərçəkən şəxs kimi tanınıbsa, onlara, tanınmayıbsa vəkilə bütün sənədlər göndərilməlidir. Baxmayaraq ki, ədalət mühakiməsi hüququ məhkəməyə aid olsa da, o istintaqda da tədbiq olunur. Sənədlər verilmirsə, bu ciddi pozuntudur və həmin məsələ Cinayət Prosesual Məcəlləsində də əksini tapıb”.

Bu deyilənlərə, hələlik, müstəntiq və Baş Prokurorluqdan münasibət öyrənmək mümkün olmayıb.

 

Xatırlatma

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin 2019-cu il oktyabrın 29-da Bakının mərkəzində piyada keçidində avtomobillə vurulduğu bildirilir.

Onun başından aldığı zədə nəticəsində hələ də komada olduğu deyilir.

Fakt üzrə Cinayət Məcəlləsinin 263.1.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi qaldırılıb.

Oqtay Gülalıyev qəzadan sonra, elə 2019-cu il oktyabrın 29-da axşam Bakıdakı Kliniki Tibbi Mərkəzə gətirilib.

O oktyabrın 31-də “City Hospital”da əməliyyat edilib.

Gülalıyev noyabrın 1-də Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb.

O, 2019-cu il noyabrın 5-də Heydər Əliyev Fondunun dəstəyi ilə müalicəsini davam etdirmək üçün Türkiyənin İstanbuldakı Avrasiya Klinikasına yerləşdirilib. Noyabrın 20-dən onun müalicəsi Amerika Xəstəxanasında davam etdirilib.

Ötən ilin noyabrında, məhkəməsi başlanmazdan öncə isə onun Bakıya gətirildiyi açıqlanıb.

Oqtay Gülalıyevi vuran avtomobilin sürücüsü hadisəni qəsdən törətmədiyini, bunun ehtiyatsızlıqdan baş verdiyini söyləyib.

Ancaq Azərbaycanda bəzi fəallar, müxalifət təmsilçiləri rəsmi açıqlama və sürücünün dediklərinə şübhə ilə yanaşdıqlarını söyləyiblər.

Yanvarın 25-də Nəsimi Rayon Məhkəməsi yol-nəqliyyat hadisəsini törətməkdə ittiham olunan Kənan Abdullayevə 2 il 3 ay həbs cəzası verib.

Sürücü cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir.

Oqtay Gülalıyevin ailəsi hesab edir ki, hüquq müdafiəçisinin indiki durumda olmasında həkimlər də günahkardır.

Amma bu vaxta qədər istər Səhiyyə Nazirliyi, istərsə də Oqtay Gülaliyevin məhkəməsində ifadə verən həkimlər onlarla bağlı ailənin ittihamları ilə razılaşmadıqlarını bildiriblər.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button