2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Oqtay Haqverdiyev: “Milli Bank özünü elə aparır ki, guya burada akademik elmi proses var”

24saat.org tanınmış iqtisadçı ekspert Oqtay Haqverdiyevlə müsahibənmi təqdim edir.


– Oqtay müəllim, son günlər Azərbaycan manatı dollar və avroya qarşı möhkəmlənməkdə davam edir. Manatın gözlənilmədən möhkəmlənməsi hansı iqtisadi əsaslarla bağlıdır?
– Bizim manatın dollara heç bir aidiyyəti yoxdur. İqtisadiyyat elm var. Bizim iqtisadiyyat ABŞ iqtisadiyyatı ilə inteqrasiyada olsaydı, necə ki, Avropa Birliyi ölkələrinin Amerika iqtisadiyyatı ilə inteqrasiyası mövcuddur, bu halda dolların başına hansı oyun gəlsəydi bunun Azərbaycana da təsiri olardı.

Bir daha qeyd edirəm ki, Azərbaycan milli valyutası Mərkəzi Bank tərəfindən tənzimlənir. Tənzimlənmə sözünün mahiyyəti nə deməkdir? Bu gün xoşum gələcək bu cür tənzimləyəcəyəm, sabah xoşum gəlməyəcək ayrı cür edəcəyəm. Yəni siyasi, sosial, ümumiyyətlə bank sisteminin vəziyyətindən, inflyasiyanın səviyyəsini nəzərə alaraq Mərkəzi Bank manatın məzənnəsini tənzimləyir. Dəfələrlə bəyan etmişəm ki, dolların real dəyəri 3-5 manat arasındadır. Amma bu o demək deyil ki, üç gündən sonra 1ABŞ dolları 3-5 manat civarında olacaq. Fikrimcə, bu 3-5 ilin prosesidir və sonda gəlib ora çatacaq. Bizim iqtisadiyyatda manatın tutumluğu bir sahəyə bağlıdır: neft və qazdan. Manatın içində ayrı bir şey yoxdur. Dünyada 3-4 güclü valyuta var. Söhbət dollardan, avrodan, fundsterlinqdən gedir. Bu valyutalar dünyanın hər yerində işləyir. Bu valyutaların arxasında nə durduğuna diqqət etsəniz, onda bəlli olacaq ki, arxasında dünyanın güclü iqtisadiyyatları durub. Sənin iqtisadiyyatın nədən ibarətdir, mənə deyə bilərsinizmi? Neft və qazı allah verib. Onu istehsal etmirik, allah verib deyə çıxarıb satırıq. Adi alverçi kimi. Daha sənin dünya bazarına çıxarılası nəyin var? Ona görə də, deyəndə dollar 5 qəpik ucuzlaşdı, insanlar təşvişə düşür, aləm bir-birinə qarışır. A balam, manat tənzimlənir. Mərkəzi Banka sual edin ki, niyə manatı 2-3 qəpik bahalaşdırdınız? Onun da insafı olsa ağıllı cavab verəcək. İnsafı yoxdursa nəsə uyduracaq. Mərkəzi Bank özünü elə aparır ki, guya burada akademik elmi proses var. Bu prosesdə hər hansı bir elm yoxdur. Pul kütləsini ya azaldır, ya da çoxaldır. Bu da çətin bir şey deyil.

Saytların yığılması Saytlarin yigilmasi

 
– Ancaq prosesə müşahidəçi kimi baxanda adama elə gəlir ki, manatı ucuzlaşdırıb dolları baha qiymətə satırlar, sonra dolları aşağı salırlar, insanlarda narahatlıq yaranır və onlar dolları aşağı qiymətə banklara qaytarır…
– Bu da ola bilər. Nədən olmasın? Palatanın dediyinə görə, banklardan 2 milyard əmanət çıxarılıb. Bu nə deməkdir? O deməkdir ki, banka etibar yoxdur, banklara inam aşağı düşüb. Ümumiyyətlə manata ehtiyac yoxdur, çünki onu götürüb dollara çevirib sandıq və ya haradasa saxlayırlar, ola bilsin ki, xarici banklara qoyublar və s. Bu prosesdir və onu göstərir ki, Mərkəzi Bankın pul-kredit siyasəti düzgün deyil. Orada nəsə var.

 

– Nə var?
– Mən bir iqtisadçı kimi bilirəm ki, nə var. Lakin bunu açıq şəkildə deyə bilmirəm.

 
– Niyə deyə bilmirsiniz, desəniz nə olar?
– Siz bir qədər dərinliyə getdiniz. Çox şey ola bilər, olur da.

 
– Ancaq Milli Bank bəyan etmişdi ki, yanvarın 1-dən sonra manatı sərbəst buraxacaq və onun real qiymətini bazar müəyyən edəcək…
– Bu sadəcə sözdür, siz axı niyə Milli Bankın bu sözünə inanırsınız? Baxın, Rusiya rublu təmiz buraxıb, onun kursuna müdaxilə etmir. Və ya Qazaxıstan. Bəli, bu iki ölkə milli valyutasını təmiz üzən məzənnəyə keçirib. Hətta 1 dollar 80 rubla qədər qalxmışdı, amma sonra 1 dollar qayıdıb 60-64 rublda dayandı. Deməli Rusiyada dolların real qiyməti budur.

İkincisi, bir şeyi bilmək lazımdır. Bazar iqtisadiyyatı nə deməkdir, onun əsas prinsipi nədən ibarətdir? Tələb və təklifdən. Əgər o valyutaya tələb varsa, deməli onun qiyməti qalxacaq. Yox, əgər tələb yoxdursa aşağı düşəcək. Azərbaycanda isə valyuta bazarı yoxdur. Qara bazar var. Xarici ölkələr də valyutasını tənzimləyir. Amerika ixracı stimullaşdırmaq istəyəndə süni olaraq daha çox dollar buraxır ki, qiymət aşağı düşsün. Bu halda ixrac stumullaşdırılır. Bu halda avro başlayır dollara cavab verməyə.
Üçüncüsü, dolların məzənnəsi aşağı düşəndə və ya yuxarı qalxanda özünüzə sual edin ki, bu kimə nisbətən qalxdı. Təbii ki, dollar manata görə deyil, avroya görə qalxa və düşə bilər. Çünki dollar və avro rəqabətdədir. Bu tamam başqa şeydir. Nəzərə alın ki, dünya iqtisadiyyatının 57 faizi ABŞ, Kanada və Avropa Birliyinə məxsusdur. Əgər bu boyda iqtisadiyyat onlara malikdirsə, manatın o prosesdə nə təsiri və fəaliyyəti ola bilər? Üstəlik də biz Avropa bazarına əsasən neft və qaz çıxarırıq, başqa məhsul çıxarmırıq ki.

 
– Dolların məzənnəsi qalxanda bütün malların qiyməti qalxır. Dolların məzənnəsi düşəndə isə mağazalarda qiymət endirimi baş vermir. Bu mənada ölkədə yeni qiymət bahalaşması gözlənilirmi?
– Bəyəm vətəndaş bazara gedəndə ərzağı dollarla alır? Manatla alırsan. Adətən xəstə olan və xaricdə əməliyyata gedən vətəndaşlarımıza dolların baha olması təsir edir. Və ya şirkətləri götürək. Onlar xaricdən bura xammal gətirirlər, avtomobil ehtiyat hissələri, məişət avadanlıqları gətirir. Bu məhsullar xaricdə dollarla alınır. Birdə ki, biz valyuta ehtiyatlarımızı xaricdə dollar şəklində saxlayırıq. Əgər indi manat möhkəmlənibsə hökumət dollarla olan valyuta ehtiyatını manata çevirsin. Kimdir dünyada manatı tanıyan?

 
– Qiymət bahalaşması…
– Yadınızda saxlayın ki, bazar iqtisadiyyatında qiymət heç vaxt aşağı düşmür. Əksinə, tədricən yuxarı qalxır. Bu dünyada belədir. Mən daima misal kimi gətirərəm. 1974-cü ildə mən Amerikaya ezamiyyətə getmişdim. Həmin vaxt bütün xərclər ödənilirdi, amma bizə cib xərci olaraq 225 dollar verilmişdi. Mən Amerikada şuba daxil olmaqla 225 dollara aldığım şeyləri indi 30 min dollara almaq olar. 225 dollar 40 ildə 30 min dollar olub. Görün dolların özünün alıcılıq qabiliyyəti nə qədər aşağı düşüb. Bu elmdir, prosesdir. Onun içinə girmək lazımdır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button