Now Reading:
“Oqtay müəllim spikerdir deyə, ailəsi acından ölməlidir?”

“Oqtay müəllim spikerdir deyə, ailəsi acından ölməlidir?”

“Mən Oqtay Əsədovu 25 ildir ki, tanıyıram. O, kfayət qədər ciddi və imicini gözləyən adamdır. Ona böhtan atmaq Allahsızlıqdır. Başqa bir tərəfdən, Oqtay müəllimin həyat yoldaşı da, övladı da özünə biznes qura bilər, burda nə var ki? Oqtay müəllim spikerdir deyə onun ailəsi acından ölməlidir? Sahibkarlığın nəyi pisdir. Sahibkarlıq iş yeridir, əlavə vergidir. Eyni zamanda mən tam təminat verirəm ki, Oqtay Əəsdov heç bir sahibkarlıqla məş]ul deyil. Bunun altından imza atıram. Ona görə də bu tipli informasiyalar təxribat xarakteri daşıyır.”

Az24saat.org xəbər verir ki, bunu deputat Fəzail Ağamalı Moskvada spiker Oqtay Əsədovun ailə üzlərinə məxsus obyektlər olması barədə xəbərlərə münasibət bildirərkən deyib.

Bir neçə gündür ki, Rusiya polisinin Moskvada, Bakı küçəsi-29 ünvanında yerləşən obyektdə keçirdiyi əməliyyatla bağlı məlumatlar Azərbaycan ictimaiyyəti arasında əsas müzakirə mövzularından birinə çevrilib. Ölkənin tanınmış əksər media orqanları bu mövzunun üzərindən sükutla keçsə də, sosial şəbəkələrdə, “YouTube”də bu əməliyyatla bağlı yayılan videosüjetləri, xəbərləri 100 minlərlə şəxs izləyib.

Məlumatın Azərbaycanda belə diqqəti cəlb etməsinin səbəbi isə, həmin obyektin Azərbaycan parlamentinin spikeri Oqtay Əsədovun ailəsinə məxsus olmasına dair iddialardır.

Belə ki, yayılan xəbərlərdə bildirilir ki, Moskva polisinin Narkotik Nəzarəti İdarəsinin əməkdaşlarının əməliyyat keçirdiyi qeyd olunan ünvanda “Kapriz” adlı sauna-striptiz klub yerləşir.

Həmin obyektin isə Oqtay Əsədovun həyat yoldaşı Əsədova Zemfira Adil qızının adına rəsmiləşdirildiyi iddia edilir. Təqdim olunan sənədlərdən görünür ki, “Kapriz”adlı striptiz klubun yerləşdiyi əmlak Milli Məclisin sədri Oqtay Əsədovun həyat yoldaşı Əsədova Zemfira Adil qızının adına rəsmiləşdirilib. Klubun təsisçisi olan “Arizarum Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi də Milli Məclisin sədri Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədovadır. “Arizarum Qrup” MMC 10 000 rubl Nizamnamə kapitalı ilə qeydə alınıb.

Yayılan məlumatlarla bağlı bizimyol.info-ya açıqlama verən Milli Məclisin Deputatı Fəzail Ağamalı belə xəbərləri təxribat, Azərbaycan dövlətinə, onun yüksək ranqlı məmurunu gözdən salmaq məqsədi daşıdığını bildirib.

“Biz bu gün ölkə prezidentinə qarşı avropadan aparılan tərbiyəsiz, əxlaqsız və ölkədə kifayət qədər nüfuza sahib olan ziyalıların, deputatları adına aparılan total hücumların şahidi oluruq. Digər tərəfdən Oqtay Əsədov kifayət qədər özünün təmiz imici ilə seçilən, fərqlənən və dövlətçiliyə kifayət qədər xidmətləri olan cəmiyyətdə də nüfuz sahibi olan bir adamdır və hazırda ona qarşı belə çirkin kompaniya aparılır. Bubunla bərabər Rusiyanın Xarici İşlər Nazirliyi ölkənin vətəndaşlarına tövsiyə edir ki, Azərbaycana getməyin. Erməni əsilli vətandaşları ölkəyə buraxmamaq Azərbaycanın hüququdur. Biz bilmirik onlar bura nə məqsədlə gəlirlər. Bütün bunlar iki ölkə arasında olan münasibətləri korlamaq məqsədi daşıyır. Ola bilər ki, bu üçüncü qüvvələrin işidir. Rusiyanın daxilində üçüncü qüvvəyə işləyənlər var. Baxıb görəcəyik bu işlərin axırı necə olur”.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Input your search keywords and press Enter.