Now Reading:
Orduxan Teymurxanın yaxınlarının yenə polisə aparıldığı bildirilir

Hollandiyada yaşayan mühacir, bloqqer Orduxan Teymurxanın Bakıda yaşayan yaxın qohumlarına təzyiqlərin oldugu bildirilir.

Bu haqda onun özü məlumat yayıb.

Orduxan Teymurxanın bildirdiyinə görə, bu gün, fevralın 17-si onun Bakıda yaşayan bacılarının evlərinə polislər gəlib. Bacısı oğullarının saxlandığını bildirən bloqqer deyib ki, bu, onun fəaliyyəti ilə bağlıdıdır.

Son günlər Avropanın müxtəlif şəhərlərində Azərbaycan prezidenti İlham Əliyevin əleyhinə aksiyalar təşkil etdikləriniqeyd edən O.Teymurxan 10 ildir ki, Azərbaycandakı yaxınları ilə heç bir əlaqəsinin olmadığını bildirib.

“Onlara məcbur olub, məndən imtina da ediblər. Orda baş verənlər bizim Avropada təşkil etdiyimiz aksiyalara heç bir təsir göstərməyəcək. Aksiyalara davam edəcəyik”, O.Teymurxan deyib.

Blooqerin söylədiklərinə Suraxanı rayon Polis İdarəsindən münasibət almaq mümkün olmayıb. “Turan” agentliyininxəbərində vurğulanır ki, idarənin növbətçi hissəsindənonların suallarını cavablandlırmaqdan imtina ediblər.

Daxili İşlər Nazirliyindən də O.Teymurxanın söylədiklərinə münasibət almaq cəhdləri nəticə verməyib.

Xatırlatma

Bundan avvəl də O.Teymurxanın Azərbaycanda yaşayan yaxınlarının oxşar münasibətlə üzləşdikləri bildirilirdi.

Orduxan Teymurxan demişdi ki, ötən il fevralın 18-dən başlayaraq Azərbaycanda yaşayan 12 nəfər yaxını polisdə dindirilməyə aparılıb. Onların arasında onun bacıları, hətta ikiyaşlı uşağın da olduğu vurğulanırdı. Ancaq Daxili İşlər Nazirliyindən bu açıqlamaya hər hansı münasibət bildirilməmişdi.Sonradan polisə aparıldığı deyilən şəxslərdən iksindən başqa hamsının tezliklə sərbəst buraxıldığı bildirildi.

Ardınca Suraxanı Rayon Məhkəməsində bloqqerin qardaşı Xanlar Dadaşov və bacısı oğlu Səbuhi Zeynalovun 30 sutka inzibati həbsi haqda qərar çıxarılmışdı.

Qərarda iddia olunurdu ki, S.Zeynalov və X.Dadaşov fevralın 19-da yaşadıqları evin qarşısında polis əməkdaşlarının qanuni əmrinə tabe olmadıqlarına görə, cəzalandırılıblar. Onların vəkilləri ittihamın qurama olduğunu açıqlamışdı.

Hollandiyada yaşayan bloqqer isə baş verənlərin özünün ictimai fəaliyyətinə görə, təzyiq olduğunu deyirdi.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.