2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Orduya dəstək aksiyasında tutulanların məhkəməsi davam edir

Bu gün, mayın 18-də Azərbaycan ordusuna dəstək məqsədilə 2020-ci il iyulun 14-də keçirilən aksiya zamanı baş verən hadisələrlə bağlı təqsirləndirilənlərdən 12 nəfərin məhkəməsi davam edib.

Hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkən kimi tanınan Daxili İşlər Nazirliyi Maddi-texniki Təminat İdarəsinin rəis müavini Samir Ağayev ifadə verib. O bildirdi ki, hadisə zamanı 20-dən çox polis avtomobilinə ziyan dəyib, onlardan ikisini təmir etmək mümkün olmayıb və ümumi dəyən ziyan təxminən 55 min manat məbləğində dəyərləndirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Habelə qeyd edib ki, hazırda təqsirləndirilən şəxslərə iddiaları yoxdur, lakin məhkəmə hadisəni törədən şəxsləri müəyyənləşdirəndən sonra onlara qarşı mülki qaydada məhkəməyə müraciət olunacaq.

Xətai rayon Polis İdarəsinin əməkdaşı Səxavət Babayev isə ifadəsində bildirib ki, hadisə günü onlara həyəcan siqnalı daxil olub və onlar Milli Məclisin önünə gəlib. Onun sözlərinə görə, ona daş atılıb, lakin həmin daşın kim tərəfindən atıldığını görməyib.

Digər polis işçisi də oxşar ifadə verib.

Növbəti məhkəmə prosesi mayın 25-ə təyin edilib.

Xatırlatma

2020-ci ilin iyulunda Ermənistanla Tovuz istiqamətində döyüşlərdən sonra iyulun 14-də Bakda orduya dəstək yürüşü keçirilib və orada olaylar yaşanıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub. Bu cinayət işi üzrə həbs olunanlara özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə, ictimai asayişin pozulması ittihamları irəli sürülüb. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) iki aparıcı üzvü – Məmməd İbrahim və Fuad Qəhrəmanlıya isə əlavə həm də hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı verilib. İstintaqın sonunda hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı hər ikisindən götürülüb. Əvəzində təqsirləndirilən şəxslərin hamısına Cinayət Məcəlləsinin 127-ci (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddəsi ilə yeni ittiham irəli sürülüb. Bu maddələrdə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bu iş üzrə 2020-ci ilin iyulunda həbs olunan 36 nəfər noyabr-dekabr aylarında ev dustaqlığına buraxılıb. Onlardan bir çoxu, o cümlədən AXCP üzvləri ittihamları qəbul etmirlər.

24 saat” “Orduya dəstək aksiyasında tutulanların məhkəməsi davam edir” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button