2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Orta məktəb dərsliyində növbəti QALMAQAL: bu dəfə xalq mahnısı…

4-cü sinif Musiqi dərsliyində “Xarı bülbül” kimi tanınan xalq mahnısının adı “Sarı bülbül” kimi təqdim edilib.

Bu barədə təhsil eksperti Kamran Əsədov sosial şəbəkədə məlumat paylaşıb. O, bu dərsliyin ekspertlər tərəfindən necə qiymətləndirilib, rəy verildiyinə də diqqət çəkib.

Dərsliyin müəlliflərindən olan bəstəkar Oqtay Rəcəbov Publika.az-a açıqlamasında məsələyə aydınlıq gətirib. O bildirib ki, bu xalq mahnısının hər iki adla təqdim edilməsi normaldır: “Bəzi mənbələrdə bu mahnı “Xarı bülbül”, bəzilərində “Sarı bülbül” kimi təqdim edilir. Azərbaycan Milli Elmlər Akademiyasının hazırladığı Azərbaycan Xalq mahnıları kitabında bu mahnının adı “Sarı bülbül” kimi verilib. Biz də həmin mənbəyə istinad etmişik.

Saytların yığılması Saytlarin yigilmasi

Xanəndələrimiz tarixən bunu hər iki variantda oxuyublar. Bəzi mətnlərdə isə hər iki söz işlənib. Mahnının bu adla təqdimatında heç bir yanlışlıq yoxdur, əksinə şagirdlərimiz hər iki adla bağlı məlumatlanmış olur. Dərslik yazmaq çox çətin prosesdir, məlumatları tapmaq araşdırma tələb edir. Biz də ən qədim mənbələrə istinad etmişik”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button