2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Orta məktəb məzunları və valideynlər aksiya keçirib

Martın 17-də Azərbaycanda orta məktəblərin 11-ci siniflərinin bəzi məzunları və onların valideynləri Bakıda Dövlət İmtahan Mərkəzinin (DİM) qarşısında etiraz aksiyası keçiriblər.

Saytların yığılması Saytlarin yigilmasi

Aksiya iştirakçıları bildirib ki, martın 5-də və 12-də keçirilən buraxılış imtahanlarının sualları qeyri-dəqiq və çətin olub: “Biz belə sualları heç gözləmirdik. Necə olur ki, ingilis dili fənninin suallarına yaxşı cavab veririk, amma öz dilimizin suallarına cavab yaza bilmirik? Bu, məqsədli şəkildə edilib. Əgər belə fikirləri var idisə, zəhmət çəkib sentyabr ayında əlavə bir vəsait çap edib verərdilər bizə ki, imtahan bu cür keçiriləcək. Biz də buna əsasən hazırlaşardıq”.

Onların vurğulamasına görə, suallar test toplusuna uyğun olmayıb: “Nəticədə Azərbaycan dili fənni üzrə hamının balları çox aşağıdır. Bu bizə haqsızlıqdır”.

Şagirdlərin qarşısına çıxan DİM nümayəndəsi isə bildirib ki, ittihamların əsası yoxdur. DİM əməkdaşının sözlərinə görə, dörd illik statistikaya baxanda görünür ki, eyni səviyyədə imtahanlar olub: “İttihamlar səslənir ki, imtahana proqrama aidiyyəti olmayan mövzuya aid suallar salınıb. Bu, qətiyyən elə deyil. Kurikulum var, tədris proqramları var və bunların hamısı “Abituriyent” jurnalında dərc olunub. Kimsə deyə bilməz ki, hansısa tapşırıq dərslikdə yoxdur”.

Azərbaycanda ali məktəblərə qəbul imtahanları ikipilləli keçirilir. Qəbulda həm orta məktəblərin buraxılış, həm də qəbul imtahanlarının balları nəzərə alınır.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button