2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Orta məktəbdə Məhərrəmlik tədbiri – FOTOLAR

Dövlət qurumları məktəblərdə dini tədbiqlərə qarşı olsa da, direktor şəhər axundunun müavini ilə birgə tədbir təşkil edib

Mingəçevir şəhər Noel Ahəngarı adina 13 nömrəli orta məktəbdə Məhərrəmlik ayı ilə bağlı tədbir keçirilib.
24saat.org xəbər verir ki, bununla bağlı sosial şəbəkədə Mingəçevir şəhər axundunu müavini Cavid Ələmdardır (Cavid Elemdar Teqi) məlumat yaylıb. “Məhərrəm ayının gəlişi, İmam Hüseyn ağanın şəhid olmasının əsas səbəbləri, matəmi keçirtməyin mənası kimi mövzularda müəllim və valieynlərlə birgə tədbir keçirilib” başlığı ilə tədbirdən fotolar paylaşan Cavid Ələmdar çəktəbin direktoru Tünzalə Seyodovaya təşəkkür edib.

Mediada yazılan məlumatlara görə, keçirilən tədbir nə Mingəçevir şəhər icra hakimiyyəti, nə təhsil şöbəsi ilə razılaşdırılmayıb. “Məsələ ilə bağlı məktəb direktoru Tünzalə Əfəndiyevanın mövqeyini öyrənmək mümkün olmadı. Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov isə bizimlə söhbətində əvvəlcə bildirdi ki, elə bir tədbir keçirilə bilməz. Biz əlimizdə sübutların olduğunu dedikdə isə Sahib müəllim belı bir tədbir olub. Məhərrəmlik ayının gəlişi ilə bağlı görüş keçirilib və bundan Prezident Adminstrasiyasının və Dini Qurumlar İdarəsinin məlumati var. Maraqlıdır ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinın mətbuat xidmətindən isə  bildirdilər ki bizim belə bir tədbirdən məlumatımız yoxdur. Əgər elə bir tədbir olursa, buna mütləq rəsmi icazə verməlidir, belə bir icazə verilməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Təhsil Nazirliyinin mətbuat xidməti isə məsələdən tam xəbərsiz olduğunu bildirdi. Amma fakt faktlığında qalır: fotolar da ortada, axund müavininin təşəkkürü də” – deyə Reportyor yazır.

Qeyd edək ki, həm Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası, həm də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi fətva və açıqlamalarında uşaqların və təhsil ocaqlarının dini tədbirlərə cəlb edilməsinə qarşı olduqlarını bildiriblər.

Hətta  Şeyxülislamı Allahşükür Paşazadə “Aşura” günü uşaqların məscidlərə gəlməsinin məqsədəuyğun olmadığını dəfələrlə açıq şəkildə bəyan edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinın sədri Mübariz Qurbanlı orta məktəblərdə dini təriqətlərin təbliğinin dövlət maraqlarına zidd olduğunu bildirib.

Təhsil naziri Ceyhun Bayramovun isə mövqeyi bir neçə gün öncə açıq şəkildə ifadə olundu: “Şagirdin əsas işi məktbədə olmaq, dərs oxumaqdır. Biz düşünürük ki, məktəb rəhbərliyi Aşura günündə şagirdlərin dərsdə iştirakına xüsusi diqqət yetirəcək”. Nazirin sözlərinə görə, məktəb rəhbərliyi, sinif rəhbərləri valideynlərlə birlikdə şagirdlərin tədrisdən yayınmamasına diqqət yetirməlidirlər: “Hesab edirik ki, bu mesajlar sinif rəhbərləri vasitəsilə valideynlərə çatdırılacaq. Valideynlər də şagirdlərin dərsdə iştirakına maraqlı olmalıdırlar və bunu təmin etməlidirlər”.

Deputat Fazil Mustafa bildirib ki, Azərbaycan məktəblərinə xurafatın, cəhalətin İslam adı ilə yalnış yol almaması üçün müəyyən adımlar atılmalıdır. “Hansısa bir idelogiyanın marjinal qrupların ideyalarının yayılması yol verilməzdir. Usaqlara müəyyən dərəcədə xurafat cahələt elementlərinin asılanması olduqca təhlükəlidir. Hesab edirəm ki, təhsil naziri məsəliyə cox ciddi reyaksiya verməlidir.Onsuzda bu gün məktəblərdə şagirdlərin biliklər əldə edilməsində müəyyən problemlər var. Bundan da dəhşətlisi xurafatın məktəblərə yol açması yolverilməzdir. Şagirdləri bu yola yönləndirmək məqsəli şəkildədir” – deyən deputat belə bir ərbirin keçirilməsinin qanunsuz olduğunu deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button