2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Orta məktəblərdə dərslik problemi həllini tapmır

 

Nabatəli Qulamoğlu: “Bu sahədə nöqsanlar çoxdur”

Saytların yığılması Saytlarin yigilmasi

Təhsil sahəsində hazırda mövcud olan problemlərdən biri dərsliklərlə bağlıdır. Məlumdur ki,  dərsliklərin hazırlanmasına bu  sahənin mütəxəssisləri cəlb edilməli, ən yaxşı mütəxəssislərin ərsəyə gətirdiyi materiallar ortaya qoyulmalıdır. Fəqət bu sahədə problemlərin həlli hələ də yolunu gözləməkdədir.

Təhsil sahəsi üzrə ekspert Nabatəli Qulamoğlu əvvəlki illərlə müqayisədə, Təhsil Nazirliyinin bu yöndə irəliyə doğru addım atdığını deyir. Ekspert dərsliklərin hazırlanandan sonra  ictimai müzakirəyə buraxılsa da,  prosesin sağlam aparılmadığını söyləyir:

“Bu sahədə nöqsanlar çoxdur.  Dərsliklərin hazırlanmasındakı proses sistemli şəkildə aparılmır.  Təqdimatda da nöqsanlar var. Bu sistemdə olan qruplaşmalar məsələnin düzğün məcrada aparılmasına imkan vermir.  Doğrudur, Təhsil Nazirliyi müəyyən addımlar ataraq monopoliyanı aradan qaldırır. Lakin yenə də dərsliklərin hazırlanmasında, onların ictimai müzakirəyə çıxarılmasında maneələr qalır. Maneələrin böyük əksəriyyəti də  dövlətdə təmsil olunan səlahiyyətli şəxslərlə bağlıdır. Nəticədə, sistemli şəkildə olan nöqsanlar  dərslik hazırlığında özünü əyani şəkildə göstərir.  Həmin şəxslərin bu sahədə fəaliyyət göstərənlərin qarşısında maneə kimi qalması ümumən, təhsil sektoruna mənfi təsir edir”.

Nigar

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button