Cəmiyyət

Öskürəyi sağaldan dəmləmə – SINANMIŞ RESEPT

Öskürək ayrı xəstəlik deyil, bir çox hallarda soyuqdəymənin simptomu kimi meydana çıxır. Öskürək orqanizmin müdafiə mexanizmidir.

24saat.org saglamolun.az-a istinadən bildirir ki, öskürəyin köməyi ilə nəfəs yollarımız xəstəlik zamanı burada yığılan mikroblar, toksinlər, selik və s.-dən azad olur. Bu prosesi tezləşdirmək üçün daha çox ilıq maye qəbul edin – selik durulaşır və onun xaric olunması asanlaşır.

Bəzi xalq təbabəti vasitələri nəfəs yollarının daha tez təmizlənməsinə kömək edir. Sizə ən sınanmış reseptlərdən birini təqdim edirik:

– 1 çay qaşığı biyan kökü, 1 çay qaşığı dəvədabanı, 1 çay qaşığı bağayarpağı 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmləyin, süzün və gün ərzində qəbul edin. Bu otlar bəlğəmgətirici və iltihabəleyhinə təsir edir, öskürəyin sağalmasını tezləşdirir.

Öskürək 1 həftədən çox davam edir, artır, bəlğəmdə qan, irin əmələ gəlirsə, vaxt itirmədən həkimə müraciət edin. Bu ciddi xəstəliyin simptomu ola bilər.

Daha çox

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Close
Close