Loading...
Loading...
Dünya

Osman Kavala ömürlük həbs cəzasına məhkum edildi

Eyni məhkəmə daha 7 nəfəri hər biri 18 il müddətinə azadlıqdan məhrum edən hökm çıxarıb

Aprelin 25-də Türkiyə xeyriyyəçisi Osman Kavala etirazları maliyyələşdirməklə hökuməti devirmək cəhdi ittihamı ilə ömürlük həbs cəzasına məhkum edilib.

Reuters yazır ki, Avropa İnsan Haqları Məhkəməsi (AİHM) və Qərb hökumətləri Kavala işinin siyasi motivli olduğunu bildirirlər.

64 yaşlı Kavala, ona qarşı heç bir ittiham isbat olunmasa da, artıq dörd il yarımdır ki, həbsxanadadır və Gezi parkı etirazlarına görə özünə qarşı irəli sürülmüş ittihamları rədd edir.

Bu etirazlar 2013-cü ildə İstanbuldakı Gezi parkında kiçik bir aksiyadan qığılcım alaraq bütün ölkəni bürümüşdü.

Eyni məhkəmə daha 7 nəfəri hər biri 18 il müddətinə azadlıqdan məhrum edən hökm çıxarıb.

Sübutu olmayan sübut

Məhkəmə sübutlar olmadığlna görə Kavalaya qarşı casusluq ittihamına xitam verib.

Məhkəmə zalında müxalifət və insan haqları müdafiəçiləri də daxil 200 nəfər vardı. Onlar ara sıra qışqırır və hakimlərə etiraz səsləndirirdilər.

Kavala son sözündə deyib ki, prokurorun onun üçün ömürlük həbs cəzası istəməsi “sübutu olmayan sübuta” əsaslanır və əslində ədliyyənin əli ilə həyata keçirilən “sui-qəsddir”.

Amnesty International təşkilatının Avropa üzrə direktoru Nils Muyjineks Kavala və daha 7 müttəhim barədə hökmlərdən danışarkən deyib:

“Biz bugün ədalətin heyrətamiz miqyasda məsxərəyə qoyulmasının şahidi olduq. Bu hökm təkcə Osman Kavalaya, digər 7 müttəhimə və onların ailələrinə qarşı yox, həm də Türkiyədə və ondan kənarda ədalətə və insan haqlarına inananlara dağıdıcı zərbədir”.

Muyjineks bildirib ki, bu məhkəmə hökmü heç bir məntiqə sığmır və müstəqil səsləri boğmaq məqsədi güdür.

Türkiyə Avropa Şurasından çıxarıla bilər

AİHM və insan haqları fəalları Kavala və digər müttəhimlərə qarşı hökmü prezident Recep Tayyip Erdoğan hökumətinin fərqli düşüncəyə qarşı hücumunun davamı kimi qiymətləndirirlər.

AİHM hələ 2019-cu ildə Osman Kavalanın dərhal azadlığa buraxılmasını tələb edən hökm vermişdi.

Reuters agentliyi bildirir ki, Türkiyə, Kavala işi ilə bağlı ona qarşı aparılan intizam prosedurunun nəticəsi olaraq Avropa Şurasından xaric edilə bilər.

Ötən il Türkiyənin Qərb müttəfiqi olan ölkələrin səfirlikləri Kavalanın azad olunmasına çağıran bəyanat vermişdilər.

Erdoğan bu bəyanatdan sonra 10-dək ölkənin səfirinin Türkiyədən qovulması ilə hədələmişdi.

Türkiyə prezidenti Gezi parkı etirazçılarını 2016-cı il çevriliş cəhdinə görə həbs olunanlarla bərabər tutur.

O bəyan edib ki, Qərb yəqin ki, öz ölkələrindəki “quldurları, qatilləri və terrorçuları” azad etməzdi.

24 saat” “
Osman Kavala ömürlük həbs cəzasına məhkum edildi
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Kreml dövlət qurumlarına ‘siyasi təlimçilər’ yerləşdirə bilər

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button