2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Osmanlı torpaqlarında İran-Turan savaşı

Nicat İsmayılov

Türkiyə, İran və Rusiya prezidentlərinin Tehran görüşündən sonra Rəcəb Tayyib Ərdoğanın Suriyada yeni hərbi əməliyyatın başlanması ilə bağlı mesajlar verməsi dünya ictimaiyyətinin diqqətini qardaş ölkəyə yönəldib. Britaniyanın “Financial Times” qəzeti başda olmaqla, bir çox beynəlxalq nəşrlər Türkiyənin keçmiş Osmanlı İmperiyası torpaqlarında hərbi və siyasi varlığını artırmasına diqqət çəkib. Əslində Türkiyənin ölkə xaricində yerləşən hərbi bazalarına diqqət yetirsək, bunun həqiqətən də reallıq olduğunu görə bilərik. Belə ki, qardaş ölkənin hazırda rəsmi şəkildə 14 xarici ölkədə hərbi bazası var və onların əksəriyyəti keçmiş Osmanlı ərazilərində yerləşir. Bu ölkələri isə Türkiyənin məqsəd və məramı nöqteyi-nəzərindən iki qrupa ayırmaq olar.

Birinci qrupa daxil olan Livan, Əfqanıstan (Taliban rejiminin iqtidara gəlməsi ilə Türk əsgərləri bu ərazidən çıxarılıb), Mərkəzi Afrika Respublikası, Kosovo, Bosniya və Hersoqovina kimi ölkələrdə türk əsgəri beynəlxalq konvensiyalar əsasında sülhü yaratmaq və qorumaq məqsədilə fəaliyyət göstərir. Yəni, bu ərazilərdə Türkiyə Silahlı Qüvvələrinin bölmələri BMT qərarları əsasında yerləşdirilib.

İkinci qrupa daxil olan ölkələrdə isə vəziyyət bir az fərqlidir. Liviya, Somali, Sudan, Qətər, İraq, Suriya, Albaniya və Şimali Kiprdə Türkiyənin hərbi varlığı dövlətlər arasında imzalanmış ikitərəfli müqavilələr, geosiyasi maraqlar və təhlükəsizlik tədbirləri əsasında baş tutub. Bu ölkələrdən savayı, Pakistan və Azərbaycan Türkiyənin əsas hərbi müttəfiqləridir ki, türk ordusunun bu ölkələrdə hərbi bazaları olmasa da varlığı hiss edilir.

Saytların yığılması Saytlarin yigilmasi

Mövcud vəziyyətsə ən çox İranı pəjmürdə edir. Axı necə etməsin? İran “Ərəb baharı”ndan sonra  ən güclü silahı olan şiə ideologiyasını işə salıb regiondakı nüfuzunu artırmaq, hətta NATO bənzəri şiə alyansı formalaşdıraraq, bu ölkələri öz ətrafında birləşdirmək kimi böyük geosiyasi xəyallara sahib idi. Hazırda isə Ali Rəhbər Xamneyinin bu xəyalları “məhmətcik”in çəkməsi altında qalıb. Təsəvvür edin, Türkiyə Silahlı Qüvvələri İranın nüfuz dairəsinə daxil olan iki qonşu ölkədə, Suriyada və İraqda eyni vaxtda hərbi əməliyyatlar aparır. Həmçinin İranın digər qonşusu Azərbaycanın Zəngəzur siyasətinin əsas dəstəkçisinə çevrilir.

Təbii ki, rəsmi Tehran bütün bunlara səssiz qala bilməz və qalmır da. Türkiyə Silahlı Qüvvələrinin Suriyadakı hərbi əməliyyatına etiraz edir. Bununla da qalmır, ölkədə özünə bağlı şiə milis qruplaşmaları olan Fatimeyyun, Zeynəbiyyun, Suriya Hizbullahı və digərlərini türk ordusu ilə toqquşmalara hazırlayır. 

Bununla paralel olaraq, İran İraqda da Türkiyə ordusunun hərbi aktivliyini azaltmaq üçün Həşdi-Şabi adlı hərbi qruplaşmadan və şiə din xadimlərindən geniş istifadə edir. 

Təsadüfi deyil ki, Türkiyə Silahlı Qüvvələrinin Şimali İraqın Duhok vilayətində PKK terror təşkilatı əleyhinə həyata keçirdiyi əməliyyatlara ilk etiraz edənlər də bu qüvvələr oldu. Nəticədə bir andaca bu ölkənin dini ictimaiyyəti Türkiyənin İraqın ərazi bütövlüyünü pozması və sivil iraqlıları qətlə yetirməsi ilə bağlı qara təbliğata başladı. Meydanlarda türk bayraqları yandırıldı, benzin isə eyni mərkəzdən, İrandan gəlirdi…

Beləliklə, Türkiyənin yalnız Osmanlı torpaqlarında deyil, bütünlükdə İslam və Türküstan coğrafiyasında nüfuz dairəsini genişləndirməsi və buna qarşı İranın mübarizə aparması faktı göz qabağındadır. Necə deyərlər, bu medalyonun görünən üzüdür, görünməyən tərəfində isə vəziyyət daha mürəkkəbdir. Burada İranın nüvə gücünə çevrilməsinin və Orta Şərqdə getdikcə möhkəmlənməsinin qarşısını almağa çalışan güclər onun yerində Osmanlıdan daha güclü bir Türkiyənin yaranmasından qorxurlar. Ona görə də nüfuz uğrunda gedən bu savaşın qalibi uzun müddət müəyyənləşməyəcək…

24 saat” “Osmanlı torpaqlarında İran-Turan savaşı” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button