2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ostin: ‘Xersonda, Xarkovda uğur görürük’

Rusiyapərəst hərbi blogerlər günlərdir hər iki cəbhə xəttində böyük yerdəyişmələri sənədləşdirir

Saytların yığılması Saytlarin yigilmasi

ABŞ-ın Müdafiə naziri Lloyd Ostin deyir ki, Ukrayna qüvvələri iki əkshücumda döyüş uğurları göstərir və Vaşinqton işğalçı Rusiya qüvvələrinə qarşı döyüşdə Kiyevə “nə qədər lazım gəlsə” dəstək verəcək. Ostin sentyabrın 9-da Praqada çıxış edib.

Son günlər Ukrayna qüvvələrinin cənubda Xerson vilayəti və ikinci böyük şəhər Xarkovdan şərqdə və cənub-şərqdə irəliləməsinə dəlil artır. İki həftədir Xersonda böyük döyüşlər gedib. Son iki gündə isə Rusiya qüvvələrinin Xarkov yaxınlığından sıxışdırılması xəbərləri gəlir.

“İndi Xersonda uğurun şahidi oluruq. Xarkovda uğur görürük və bu çox ruhlandırıcıdır”, – Ostin Praqada çex həmkarı Yana Çernoçovayla görüşlərdən sonra jurnalistlərə deyib.

Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 8-də gecə müraciətində əsgərlərinin “onlarla yaşayış məntəqəsi”ni azad etdiyini iddia edib. Onun sözlərinə görə, son bir həftədə Rusiya qüvvələrindən min kvadrat kilometrdən çox ərazi geri alınıb.

Rusiya rəsmiləri cəbhələrdən heç biri, o cümlədən Ukraynanın uğurları haqda heç nə deməyib. Rusiyapərəst hərbi blogerlər isə günlərdir hər iki cəbhə xəttində böyük yerdəyişmələri sənədləşdirir.

Sentyabrın 9-da Xarkovda işğal olunmuş ərazilərə Rusiyanın təyin etdiyi administrator “Rossiya-24” televiziyasına deyib ki, Ukrayna rəsmiləri şərq vilayətində “əsaslı qələbə” əldə ediblər.

“İndi vəziyyət çox ciddidir. Müdafiə xəttimizin pozulması faktı artıq Ukrayna silahlı qüvvələri üçün əsaslı qələbədir”, Vitali Qançev bildirib.

ABŞ rəsmiləri sentyabrın 8-də Ukraynaya 675 milyon dollarlıq silah paketi açıqlayıb. Bundan əlavə Avropada təhıükəsizliyin gücləndirilməsəinə 2 milyard dollar vəd olunub.

Rusiya fevralın 24-də Ukraynanı işğal etməyə başlayandan ABŞ Kiyevə 15.2 milyard dollarlıq hərbi təchizat göndərib.

24 saat” “
Ostin: ‘Xersonda, Xarkovda uğur görürük’
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button