2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏSosial

Ötən il Azərbaycanda qeydə alınan cinayətlərin sayı kəskin artıb

Daxili İşlər Nazirliyi ötən ildəki fəaliyyəti ilə bağlı yekun göstəriciləri açıqlayıb. Bu göstəricilər törədilən cinayətlər və cinayətkarlığa qarşı mübarizəyə dair bilgiləri əhatə edir. Qurumun açıqlamasından aydın olur ki, ötən il ərzində qeydə alınan cinayət olayları son illərlə müqayisədə sayca kəskin çoxalıb. 2021-ci ildə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan dövlət qurumlarında 31 min 131 cinayət qeydə alınıb. Bu, bir öncəki 2020-ci ildə qeydə alınan göstəricidən (26 min) 5 min və ya 20 faizə yaxın daha yüksək rəqəmdir. Pandemiyadan öncəki 2019-cu ildə isə ölkədə toplam 26 min 672 cinayət qeydə alınmışdı.

Saytların yığılması Saytlarin yigilmasi

İlk üç yeri 12 min 162 hadisə (39.1 faiz) olmaqla ictimai təhlükəsizlik və ictimai qayda pozuntuları, 11 min 840 hadisə (38 faiz) olmaqla iqtisadi sahədəki qanunsuzluqlar, 5 min 444 hadisə (17.5 faiz) olmaqla şəxsiyyət əleyhinə olan cinayətlər tutur. 1 min 652 hadisə dövlət hakimiyyəti əleyhinə olan cinayətlər (onlardan 458-i korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərdir), 33-ü isə digər qanunsuz olaylardır.

Toplam cinayət sayıyla yanaşı, əhalinin hər 100 min nəfərinə düşən cinayət sayında da ciddi artım gözə çarpır. Əgər 2017-2019-cu illərdə Azərbaycanda əhalinin hər 100 min nəfərinə 266 cinayət düşürdüsə, 2020-ci ildə bu göstərici 258-ədək geriləmişdi. Ötən ilsə sözügedən göstərici ilk dəfə 300-ü aşıb (307). İlboyu ölkədə qeydə alınan bütün cinayətlərin 43.5 faizi paytaxt Bakıda baş verib.

Ötən il cinayətkarlıqla bağlı diqqətçəkən daha bir vacib məqam ağır cinayət sayındakı artımdır. 2019-cu ildə Azərbaycanda toplam 2 min 752 ağır və ya özəlliklə ağır cinayət törədilmişdi. 2020-ci ildə eyni göstərici 3 min 263-ə yüksəlmişdi. 2021-ci ildə isə ağır cinayət sayı iki dəfə artaraq 6 min 476-ya yüksəlib. Görünür, bu məsələnin həssaslığını Daxili İşlər Nazirliyi də anlayır, çünki daha öncəki illərdə statistika açıqlanarkən ağır və ağır olmayan cinayət sayı ayrı-ayrılıqda göstərilirdisə, bu il nazirlik rəsmi açıqlamada, sadəcə, ağır olmayan cinayət sayını qeyd edib. Ağır cinayət sayının toplam cinayət sayındakı özəl payı da artmaqdadır. Əgər 2019-cu ildə törədilən bütün cinayətlərin 11 faizi ağır cinayətlər idisə, 2020-də bu rəqəm 13.3 faizə, ötən ilsə bir qədər də artaraq 16 faizə yüksəlib.

Ağır və xüsusilə ağır cinayətlərlə bağlı daha bir diqqətçəkən məqam cinayətlərin açılması üzrə ən aşağı göstəricinin bu cinayətlərlə bağlı olmasıdır. Ötən il Daxili İşlər Nazirliyi və prokurorluqda qeydə alınmış bütün cinayətlərin 88.9 faizi açılıb. Ağır cinayətlərdə isə bu göstərici 83 faiz olub. Qeyri-aşkar şəraitdə baş verənlərin 83.4 faizi, şəxsiyyət əleyhinə olanların 98 faizi, onlardan qəsdən sağlamlığa ağır zərər vurmaların 98.2 faizi, o cümlədən oğurluqların 72.3 faizi, dələduzluqların 92.7 faizi, soyğunların 90 faizi, quldurluqların 92 faizi, hədə-qorxu ilə tələb etmələrin 94 faizi, avtonəqliyyat vasitəsinin qaçırılması cinayətlərinin 92 faizi, eləcə də xuliqanlıqların 96.7 faizi açılıb.

Ötən il ərzində 21 min 206 nəfər cinayət törədib. Onlardan 16 min 647 şəxs tutularaq məhkəmə məsuliyyətinə cəlb edilib. Maraqlıdır ki, son illərdə Azərbaycanda ilboyu cinayət törədən şəxslərin sayı ortalama 17 min nəfər olub. Başqa sözlə, cinayət törədənlərin də sayında 4 min nəfərədək artım qeydə alınıb. İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilən 57 nəfər tutularaq ölkəyə gətirilib. Bu təşkilata üzv ölkələrin axtardığı 46 nəfərin də Azərbaycanda olduğu müəyyən edilib.

Ötən ildə qeydə alınan 1 min 499 cinayət məişət zorakılığı ilə bağlı olub. Bu, 2020-ci ilin göstəricisindən 19 faiz çoxdur. 2021-ci ildə ölkədə qeydə alınmış cinayətlər nəticəsində 24 min 153 nəfər zərər çəkib. Onlardan 1 min 536-sı və ya 6.4 faizi məişət zorakılığı ilə bağlı cinayətlərdən zərər çəkib. Həmin cinayətlər nəticəsində zərərçəkənlərin sayı əvvəlki ilin göstəricisinə nisbətən 18.2 faiz artıb. Zərərçəkənlərin 80 faizi qadınlar (son bir ildə 22 faiz artıb), 0.7 faizi yetkinlik yaşına çatmayanlardır. Əvvəlki illə müqayisədə bu cinayətlər nəticəsində ölənlərin sayı 8.5 faiz artaraq 64 nəfərə çatıb. 2021-ci ildə məişət zorakılığı nəticəsində qətlə yetirilən qadınların sayı da 46-ya yüksəlib.

24 saat” “
Ötən il Azərbaycanda qeydə alınan cinayətlərin sayı kəskin artıb
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button