2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Ötən il Azərbaycana əvvəlki ilə nisbətdə 2 dəfədən çox dərman idxal edilib

Yayımlandı: 4 Yanvar 2023 13:47

“İdxal qiymətləri ilə müqayisədə pərakəndə satış qiymətləri 34,4 faiz baha olub”

Azərbaycana 2022-ci ilin 11 ayında 21941,7 ton və 424167,9 milyon dollarlıq dərman vasitəsi idxal edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisdə miqdarca 35, məbləğcə 29,7 faiz çoxdur.

Eyni zamanda, yanvar-noyabr aylarında əczaçılıq məhsulları və tibbi ləvazimatlar üzrə pərakəndə ticarət dövriyyəsi 969,9 milyon manat olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz çoxdur.

İqtisadçı Qubad İbadoğlu deyir ki, dərmanların çox istifadəsinin bir səbəbi də son zamanlar ölkədə yayılan qrip virusudur. Üstəlik, Azərbaycan əczaçılıq məhsullarına olan tələbatının yalnız 1,2 faizi yerli istehsal hesabına ödəyir deyə, idxal olunan məhsul miqdarı da çoxdur:

“İdxal qiymətləri ilə müqayisədə pərakəndə satış qiymətləri 34,4 faiz baha olub. Bu, o deməkdir ki, topdansatış səbəkələri apteklərlə birlikdə 11 ay ərzində dərman satışından təxminən 250 milyon manat qazanc əldə edib. Eyni zamanda, əhali ötən ilin eyni dövrü ilə müqayisədə 2022-ci ilin 11 ayında dərman alışına 110 milyon manatdan çox pul xərcləyib”.

Qubad İbadoğlu bildirir ki, Tarif Şurasının dərman monopoliyası ilə iş birliyindən idxalatçılar, depolar və apteklər qazanıb, əhali isə itirib.

Ötən ilin sonu Milli Məclisdə çıxış edən Baş nazir Əli Əsədov bildirmişdi ki, Azərbaycanda əhalinin istifadə edə biləcəyi dərman vasitələrinin 95 faizindən çoxu idxal edilir. Onun sözlərinə görə, dərmanların yarısı Türkiyə, Almaniya, Birləşmiş Krallıq, Ukrayna və Belarusun payına düşür:

“Sadalanan ölkələrdən beynəlxalq səviyyəli səbəblərdən dərman qiyməti və təminatında mənfi təsirlər müşahidə olunur”, – Baş nazir bildirib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-may aylarında Azərbaycanda 5.3 milyon manatlıq əczaçılıq məhsulları istehsal edilib.

Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 2.1 dəfə çoxdur.

Məlumatda o da bildirilir ki, istehsal edilən əczaçılıq məhsulları və tibbi ləvazimatları ticarət dövriyyəsinin cəmi 1.2 faizini təşkil edib.

Məsələn, 2022-ci ilin ilk beş ayında Azərbaycanda əczaçılıq məhsulları və tibbi ləvazimatların pərakəndə ticarət dövriyyəsi 445.3 milyon manata bərabər olub.

Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24.4 faiz çoxdur.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button