2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəm

Ötən il Bakıda ağır və xüsusilə ağır cinayətlərin sayında 62,9 faiz artım olub -rəsmi

” 2021-ci ildə Bakı şəhərinin daxili işlər orqanları və prokurorluq orqanları üzrə cəmi 12 min 761 cinayət hadisəsi qeydiyyata alınıb. Bu, ötən illə müqayisədə 2252 hadisə, yəni, 21,4 faiz çoxdur”.

Rəsmi informasiya agentliyi Azərtac-ın yazdığına görə, bu barəsə rəsmi statistika yanvarın 21-də Bakı Şəhər Prokurorluğunun 2021-ci ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində açıqlanıb.

Saytların yığılması Saytlarin yigilmasi

Açıqlanan məlumatlarda qeyd olunur ki, ötən il Bakı şəhərinin daxili işlər orqanları və prokurorluq orqanları üzrə böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərin sayında artım müşahidə olunub.

“Belə ki, il ərzində böyük ictimai təhlükə törətməyən cinayətlərin sayı 110 hadisə, yaxud 4,1 faiz artaraq 2792 olub. Az ağır cinayətlərin sayı 1230 hadisə, yaxud 19,3 faiz artaraq 7608 hadisə, ağır və xüsusilə ağır cinayətlərin sayı isə 912 hadisə, yaxud 62,9 faiz artaraq 2361 hadisə olub. Paytaxtın daxili işlər və prokurorluq orqanları üzrə cinayətlərin açılma göstəricisi 86,3 faiz olub ki, bu da ötən illə müqayisədə 5,4 faiz çoxdur” -məlumatda bildirilir.

Müşavirədə narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə bağlı 2,1 dəfə artım (dövriyyə 1841 fakt, satış 750 fakt) qeydə alındığı qeyd olunub və bildirilib ki, bu qədər yüksək artım dinamikası olduqca narahatedici göstəricidir.

Məlumatda qeyd olunur ki, Bakı şəhər prokuroru İlqar Abbasov çıxışında narkotik maddələrin satışı ilə məşğul olan mənbələrin müəyyən edilməsi ilə bağlı əməliyyat–istintaq tədbirlərinin həyata keçirilməsi istiqamətində fəaliyyətin daha da gücləndirilməsini Bakı şəhərinin tabe rayon prokurorlarından tələb edib.

Müşavirədə ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı məlumatlar da açıqlanıb. Bildirilib ki, 2021-ci ildə 197 ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb (2020-də 160 ölüm). Məlumata görə, bu qəbildən olan cinayət işlərindən 100-ü məhkəməyə göndərilib, hadisəni törədən şəxsin ölməsi səbəbindən 50 iş üzrə icraata xitam verilib.

Müşavirədə 2021-ci il şəhər prokurorluq orqanlarının əməkdaşlarından məsuliyyətə cəlb edilməsi və mükafatlandırlması ilə bağlı rəqəmlər də açıqlanıb.

“…əmək və icra intizamını pozan 14 nəfər intizam məsuliyyətinə cəlb edilmişdir ki, onlardan 1 nəfər tutduğu vəzifədən azad olunmuş, 1 nəfərə şiddətli töhmət, 5 nəfərə töhmət elan edilmiş, 7 nəfərə irad tutulub. Həmçinin Azərbaycan Respublikası Baş prokurorunun əmrləri ilə xidməti fəaliyyətində fərqləndiklərinə görə Bakı şəhər prokurorluq orqanlarının əməliyyat işçilərindən 18 nəfər mükafatlandırılıb”-məlumatda bildirilir.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button