2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Ötən il rəsmən 727 dükan bağlanıb

2015-ci ildə ölkədə rəsmən 727 dükan bağlanıb
Bu məlumatı Dövlət Statistika Komitəsi «Azərbaycanda ticarət» statistik toplusunda açıqlayıb.

Azərbaycanda alış-verişlə məşğul olmaq get-gedə çətinləşir. Təkcə ötən il ərzaq və qeyri-ərzaq malları satan 727 dükan bağlanıb. Məlumatı Dövlət Statistika Komitəsi (DSK) «Azərbaycanda ticarət» statistik toplusunda açıqlayıb.

Hesabat səciyyəli məlumatda deyilir ki…

Saytların yığılması Saytlarin yigilmasi

2014-cü ildə ölkədə 61 min 742 pərakəndə ticarət obyekti vardısa, ötən ilin sonuna bu göstərici 61 min 15-ə enib. Təkcə Mingəçevirdə – 265, Gəncədə – 186, Lənkəranda – 117 dükanın qapısına qıfıl asılıb.

Ticarət yalnız paytaxt Bakıda öz axarıyla gedib. Açılan dükanların sayı bağlananları 180 ədəd üstələyib. Bu ilin əvvəlinə paytaxtdakı ticarət obyektlərinin sayı 21 min 69-a yüksəlib.

Geriləmənin səbəbləri

İstər ekspertlər, istərsə alış-verişlə məşğul sahibkarlar bütövlükdə ticarətdəki geriləmənin neft pullarının azalmasından və nəticədə manatın dəyərsizləşməsindən qaynaqlandığını düşünürlər. Əhalinin gəlirlərinin azalması, bir çoxlarının ailə büdcəsinə sərt qənaəti də ticarətə təsirsiz ötüşməyib. Alveri azalan, vergi ödəməkdə çətinlik çəkən dükan sahibləri bir müddət işlərinə ara verməyə məcbur qalıblar.

Son illər Bakıda və digər iri şəhərlərdə çoxsaylı super və hipermarketlər şəbəkəsinin yaranması da xırda dükanların sıradan çıxmasında az rol oynamır.

Ölkədə daralıb, paytaxtda genişlənib?

Ötən il ölkədəki ticarət obyektlərinin sahəsi 2 faiz daralaraq, 3,3 milyon kvadratmetrə enib. Bunun 57 faizi (1 milyon 878,5 min kvadratmetri) Bakıdadır. İlboyu paytaxtdakı mağazaların sahəsi 50 min kvadratmetr genişlənib.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button