2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Ötən il satılan neft və neft gəlirləri açıqlandı – HESABAT

2016-cı ildə dünya bazarlarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və dövlətin payına düşən 127,38 milyon barel neft satılıb.

Moderator.az “Moore Stephens Azerbaijan” auditor şirkəti tərəfindən aparılan 2016-cı il üzrə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) hesabatına istinadən xəbər verir ki, satılan neftin ümumi məbləği 5,53 milyard dollar təşkil edib.

Azərbaycan neftinin 2016-cı ildə ən iri alıcıları “Exxon” (631,78 milyon dollar məbləğində 14,55 milyon barel), TOTSA (421,1 milyon dollar məbləğində 10,46 milyon barel), ENI (305,76 milyon dollar məbləğində 7,38 milyon barel), “Petrofag” (246,57 milyon dollar məbləğində 5,86 milyon barel), “Glencore” (239,13 milyon dollar məbləğində 5,29 milyon barel) və BP (181,18 milyon dollar məbləğində 3,89 milyon barel) şirkətləri olub.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, sözügedən neft-qaz şirkətləri 2016-cı ildə dövlət büdcəsinə 258,8 mln. dollar məbləğində mənfəət vergisi ödəyib.

Hesabata əsasən, ötən il dövlət büdcəsinə 15 xarici şirkət mənfəət vergisi ödəyib.

BP şirkəti dövlət büdcəsinə 94,4 mln. dollar məbləğində mənfəət vergisi ödəyərək digər 14 şirkəti qabaqlayıb.

Yaponiyanın “Inpex” (44,7 mln. dollar), ABŞ-ın “Chevron” (23,8 mln. dollar) və “ExxonMobil” (19,2 mln. dollar) şirkətləri də dövlət büdcəsinə ən çox mənfəət vergisi ödəyən xarici şirkətlər sırasındadır.

Azəri-Çıraq-Günəşli yataqlar blokunun işlənməsində iştirak edən 9 şirkətin dövlət büdcəsinə ödədiyi mənfəət vergisinin ümumi məbləği 253,3 mln. dollardır.

Qalan 6 şirkət isə dövlət büdcəsinə 5,5 mln. dollar məbləğində mənfəət vergisi ödəyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button