2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Overçuk Paşinyanla noyabrın 26-da Soçidə keçiriləcək görüşün gündəliyini müzakirə edib

Bakı/24.11.21 Çərşənbə günü günün ikinci yarısında Rusiyanın baş nazir müavini Aleksey Overçuk Yerevandan Bakıya gəlib, xəbəri Ermənistan KİV-ləri yayıb.

Aeroportda onu baş nazir müavini Mqer Qriqoryan qarşılayıb və onlar birlikdə baş nazir Nikol Paşinyanla görüşə gediblər.  Görüş saat 17.30-da daha davam edib.

Ermənistan mənbələri görüşdə Ermənistan və Azərbaycan arasında nəqliyyat əlaqələrinin açılması məsələlərinin və digər məsələlərin müzakirə olunduğunu təsdiq edirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Noyabrın 24-də axşam Overçuk Yerevandan Moskvaya gedəcək. Xatırladaq ki, səhər Overçuk Bakıda İlham Əliyevlə danışıqlar aparıb. Müşahidəçilərin fikrincə, Soçidə noyabrın 26-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçiriləcək üçtərəfli görüşün gündəliyi müzakirə olunub. -02D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button