2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Oyun pulları təhsil kreditlərinə xərclənsəydi…

Səadət Cahangir

Bu gün Azərbaycanda İslam Həmrəylik oyunları başlayır. Rəsmi açıqlamalara görə bu oyunlara nə az, nə çox 101,5 milyon dollar pul xərclənəcək. Başımıza gətirilən oyunların bizə çox baha başa gəldiyinə öyrəncəliyik. Bundan əvvəlki yaxın illərdə “Eurovision”a 800 milyon dollar, Avropa Oyunlarına 4 milyard 600 milyon dollar, “Formula 1” yarışlarına 99 milyon dollar xərcləyən ölkənin vətəndaşlarıyıq. Bu qeyd edilənlərin üzərinə yaxında keçiriləcək növbəti “Formula-1” yarışları üçün nəzərdə tutulmuş 122 milyon dolları da gəlsək, ümumi məbləğ 6 milyard dollara yaxın olur. 6 milyard dolların bu ölkənin insanları üçün nə demək olduğunu bilirsinizmi? Bilmirsinizsə, bir daha xatırladım…

Saytların yığılması Saytlarin yigilmasi

Keçən il Tələbə Qəbulu üzrə Dövlət Komitəsi acınacaqlı bir açıqlama yaymışdı. O açıqlamada deyilirdi ki, 17 min tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə ali təhsilini yarımçıq buraxıb. Son 3 ilin statistikası əsasında hesablanan rəqəm ölkə insanının hansı durumda yaşadığını gözlər önünə sərir. Təhsil haqqını ödəyə bilməyən tələbələrin bir çoxu bu problemlərini əvvəllər banklardan kredit götürməklə yoluna qoyurdularsa, daha o şans da əldən çıxıb. İndi hansı bank mərhəmət göstərib kasıb tələbəyə kredit verər? Nəzərə alsaq ki, ölkədə 3-4 ildir müzakirə olunan “Təhsil krediti haqqında qanun” layihəsi yekunlaşıb ortaya çıxarılmadı, bundan sonra çıxarılacağına da heç ümid etməyə dəyməz. Hər kəsə aydındır ki, qanunun qəbul olunmasının qarşısındakı əsas əngəl maliyyə məsələsidir. Azərbaycanda ödənişli təhsil alan çox sayda tələbənin illik 1000-3000 arasında dəyişən təhsil haqqı üçün kredit götürmək istəyini hökumət necə reallaşdıracaq? 2005-ci ildə Bolonya sisteminə keçən Azərbaycan eyni sistem əsasında çalışan ölkələr kimi tələbələrə 1-3 faizlə 10-20 illiyə kredit verərmi? Bu hökumət həmin ölkələrdəki kimi kasıb tələbəyə o məbləği verib, ona gələcəkdə işləyib borcunu qaytarmaq şansı tanıyarmı? Tanımaz, qardaşım, heç bir halda tanımaz!

Çevrənizdə kiçik bir sorğu aparın. Ölkə universitetlərində təhsilini yarımçıq buraxan borclu tələbələrin sayı gündən-günə artır. Yaxın zamanlarda sosial şəbəkələrdə Azərbaycan Texniki Universitetində təhsil alan borclu tələbələrin statistikası ilə bağlı ürək parçalayan bir rəqəm yayılmışdı. Rəsmi mənbələrə əsaslanan məlumatda deyilirdi ki, tələbələrin bu təhsil ocağına 300 min manat borcu var. Araşdırsanız, başqa universitetlərdə də mənzərə bənzər və ya daha da pisdir. Ölkənin gələcəyi ilə birbaşa bağlı olan təhsilin bu durumu hökuməti heçmi narahat etmir? Təbii, etsəydi, o 6 milyard dolları mənasız oyunlara xərcləyincə, onun, heç olmasa, yarısını təhsil kreditlərinə yönəldib gəncləri düşdükləri ağır durumdan çıxarardı. Amma bəlli ki, bu ölkənin gəncliyi, təhsili, sabahı o statusu daşıyanların vecinə deyil. Ölkənin milyardları illərdir heç bir anlam daşımayan ucuz şoulara və oyunlara sovrulub gedir. İndi kimsə qalxıb mənə dünyadakı islam həmrəyliyi haqqında moizə oxumaq fikrinə də düşməsin. Biz o həmrəyliyin də, ölkədə islam adına oynanan oyunların da yaxşı fərqindəyik…

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button