2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Oyunbazlıq” davam edəcək – hakimiyyət 2028-ə də tamah salıb

Azərbaycan 2028-ci ildə Yay Olimpiya Oyunlarına ev sahibli etməyə iddiasını irəli sürə bilər. Bunu gənclər və idman naziri Azad Rəhimov İslam Həmrəyliyi Oyunlarının yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

Nazir gələcəkdə Azərbaycanda başqa olimpiadalrın keçirilməsi mümkünlüyündən danışarkən deyib ki, Azərbaycan 2024-cü il Yay Olimpia Oyunları ilə bağlı iddia irəli sürməyib. Ancaq 2028-ci il Yay Olimpia Oyunlarına ev sahibliyi üçün müraciət edə bilər.

Saytların yığılması Saytlarin yigilmasi

Nazir İslamiadanın nəticələri barədə danışarkən, bu tədbiri xeyli tərifləyib. Bildirib ki, Bakıdadı İslam Həmrəyliyi Oyunları 2016-cı ildə Rio-de-Janeroda təşkil edilən Olimpiya Oyunlarından da yüksək səviyyədə keçib.

Bu yarışlara çəkilən xərclər və əldə olunan qazanca gəlincə, nazirin iddiasına görə biletlərin satışından 3 milyon manata yaxın gəlir götürülüb. Lakin xərclər barədə dəqiq rəqəm ifadə olunmayıb. A.Rəhimov deyib ki, açılış və bağlanış mərasiminə 20 milyon dolların ayrılması nəzərdə tutulurdu. Hələlik, xərclər dəqiq hesablanmayıb.

Bu ilin dövlət büdcəsində beynəlxalq idman oyunlarının təşkilinə 317 milyon manat ayrılıb.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button