2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Özəl bank, Malta və Azərbaycan məmurları

Maltada prezident İlham Əliyevin ailə üzvləri və bir nazirə bağlı iddialar nəticəsində yaranmış qalmaqaldan sonra elan olunan erkən seçkilər iyunun 3-də keçiriləcək.

Erkən seçkilər və maliyyə nəzarət orqanlarının açdığı təhqiqatla nəticələnən iddialara hələ ki, aydınlıq gətirilməyib, lakin hadisənin ortasında adı hallanan özəl bank Azərbaycandan mühüm siyasi müştərilərinin olmasını təkzib etməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Malta mətbuatında yayılan iddialar sızıldığı iddia edilən sənədlərlə əsaslanır.

Əsas iddialardan biri, Maltanın Baş naziri və Əmək partiyasının lideri Joseph Muscat-ın yoldaşı və 2 yüksək vəzifəli partiya həmkarlarının sahib olduğu şirkətlərə məxsus olduğu iddia edilən bank hesablarına köçürülən pullar ətrafında yaranıb.

Malta-da yerləşən özəl Pilatus bankı ilə açıldıqları iddia edilən bu hesablara köçürülən pulların mənbəsi olan və Dubayda qeydiyyatdan keçən Al Sahra FZCO şirkətinin prezident Əliyevin ailə üzvünə məxsus olduğu deyilir. Azərbaycan Prezidenti Adminstrasiyası BBC Azərbaycancanın bu iddialarla bağlı sualına cavab verməyib.

Malta baş naziri Joseph Muscat və yoldaşı Michelle Muscat iddiaları rədd ediblər və iddiaları ilk dərc edən bloqr və jurnalist Daphne Caruana Galizia-nı böhtan ittihamı ilə məhkəməyə veriblər.

Hazırda bu, və digər yüksək vəzifəli Malta siyasəyçilərinə qarşı təqdim edilən korrupsiya iddiaları üzrə iki ayrı istintaq əməliyyatı aparılır.

Bundan əvvəl prezident administrasiyasının mətbuat xidmətinin rəhbəri Azər Qasımov Panamada yerləşən Mossack Fonseca hüquq firmasından sızan sənədlərdə İlham Əliyevin ailə üzvlərinin adlarının çəkilməsini şərh edərkən deyibki, “prezidentin övladları həddi-buluğa çatmış Azərbaycan vətəndaşlarıdır və onların hər hansı bizneslə məşğul olması qadağan edilməyib”.

“Biznes etmək hər bir şəxsin hüququdur”, cənab Qasımov əlavə edib. (BBC azeri)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button