2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? – RƏSMİ AÇIQLAMA

Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) özəlləşdirmə çeklərinin (paylarının) yenidən istifadə olunacağı barədə iddialara aydınlıq gətirib.

ƏMDX-dən bildirilib ki, dövlət özəlləşdirmə payları (çekləri) “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 mart 1996-cı il tarixli Fərmanına əsasən dövriyyəyə buraxılıb.

“Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2009-cu il tarixli Fərmanına uyğun olaraq, dövlət özəlləşdirmə çeklərinin son istifadə müddəti 01 yanvar 2011-ci il tarixində başa çatıb və həmin çeklər tədavüldən çıxarılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bununla dövlət özəlləşdirmə çekləri qiymətli kağız kimi öz əhəmiyyətini itirib və vətəndaşların həmin çeklərdən istifadə edərək hər-hansı hüquq və ya gəlir əldə etməsi mümkün deyil.

Qeyd olunanlara əsaslanaraq, ƏMDX özəlləşdirmə çeklərinin yenidən istifadə olunacağı ilə bağlı şayiələri insanların aldadılmasına və onların etibarından sui-istifadəyə yönəlmiş bir addım kimi dəyərləndirir və vətəndaşları bu cür şayiələrə inanmamağa çağırır. Belə şayiələri yayan insanların hüquqi məsuliyyət daşıdığını onlara bir daha xatırladırıq”. (Trend)

24 saat” “Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? – RƏSMİ AÇIQLAMA” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button