2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Özəlləşdirmə prosesi çərçivəsində 25,5 milyona yaxın dövlət özəlləşdirmə çeki dövriyyədən çıxarılıb

Bakı/22.10.21 Ümumilikdə dövriyyəyə 8 milyon özəlləşdirmə payı və ya 32 milyon özəlləşdirmə çeki buraxılıb, hər vətəndaşa 4 çekdən ibarət bir pay, bəzi imtiyazlı təbəqələrə isə əlavə olaraq daha bir pay əvəzsiz olaraq verilmişdir.

Bu barədə Turana İqtisadi Nazirliyinin yanında Dövlət Əmlak Məsələləri üzrə Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, dövlət özəlləşdirmə payları (çekləri) “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 25.03.1996-cı il tarixli Fərmanına əsasən dövriyyəyə buraxılmışdır.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan Respublikası Prezidentinin 23.12.2009-cu il tarixli  Fərmanına uyğun olaraq, dövlət özəlləşdirmə çeklərinin son istifadə müddəti 01.01.2011-ci il tarixində başa çatmış və həmin çeklər tədavüldən çıxarılmışdır.

Qeyd olunub ki, vətəndaşlara paylanmış dövlət özəlləşdirmə çeklərinin istifadə müddəti ölkə başçısının müvafiq Fərmanları ilə beş dəfə uzadılmış və onlar ümumilikdə 14 il tədavüldə olmuşdur. Keçid iqtisadiyyatı dövrünü yaşamış postsosialist ölkələri arasında bu ən uzunmüddətli göstəricilərdən biri hesab olunur.

Özəlləşdirmə prosesi çərçivəsində 25,5 milyona yaxın dövlət özəlləşdirmə çeki dövriyyədən çıxarılıb silinmişdir ki, bu da emissiya olunmuş çeklərin təxminən 80 faizini təşkil edir.

Azərbaycan Respublikası Prezidentinin 23.12.2009-cu il tarixli  Fərmanına uyğun olaraq, dövlət özəlləşdirmə çeklərinin son istifadə müddəti 01.01.2011-ci il tarixində başa çatmış və həmin çeklər tədavüldən çıxarılmışdır. Bununla dövlət özəlləşdirmə çekləri qiymətli kağız kimi öz əhəmiyyətini itirmiş və vətəndaşların həmin çeklərdən istifadə edərək hər hansı hüquq və ya gəlir əldə etməsi mümkün deyildir.—21Â06-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button