2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Özbəkistanda yeni Konstitusiya layihəsi etirazlara səbəb olub

Yayımlandı: 2 İyul 2022 13:39

Qaraqalpaqıstanın suverenliyi ilə bağlı maddə layihədən çıxarılıb

Özbəkistanın yeni Konstitusiya layihəsindən Qaraqalpaqıstanın suveren olmasına dair maddə çıxarılıb və bu, etirazlara səbəb olub.

Saytların yığılması Saytlarin yigilmasi

Etirazlar Özbəkistanın tərkibində olan Qaraqalpaqıstan Muxtar Respublikasının mərkəzi şəhəri Nukusda başlayıb.

Əhali Daşkəndin təklif etdiyi yeni konstitusiya layihəsi ilə razı deyil.

Nukusdan əlavə, etiraz aksiyaları muxtar respublikanın Çimbay və Muynak şəhərlərinə də sıçrayıb.

Özbəkistan hökuməti Konstitusiyanın yeni redaksiyasının layihəsini iyunun 26-da açıqlayıb.

Etirazlar yeni layihədə Qaraqalpaqıstanla bağlı “suveren” sözünün ixtisar edilməsinədir. Həmçinin yeni əsas qanuna görə, Qərbi Özbəkistanın böyük bir hissəsi olan Qaraqalpaqıstan ayrılma ilə bağlı referendum keçirmək konstitusiya hüququndan məhrum ediləcək.

Layihə açıqlandığı gündən Qaraqalpaqıstanın yerli informasiya kanallarında və sosial media şəbəkələrində kütləvi etirazlara çağırışlar edilib.

İyulun 1-dən isə Nukus küçələrinə əllərində Qaraqalpaqıstan Respublikasının bayraqları olan yüzlərcə etirazçı çıxıb.

Qanuna yeni dəyişikliklərlə bağlı layihə nəzəri olaraq iyulun 4-dək ictimai müzakirəyə çıxarılacaq və bundan sonra hakimiyyət referendum tarixini təyin edəcək.

Sənəd onlayn olaraq ortaya çıxandan bəri, iyunun 27-dən Qaraqalpaqıstanda insanlar internetlə bağlı problem yaşadıqlarını bildiriblər.

Daşkənd sakinləri “Messencer” proqramlarından istifadə edərək zəng etməkdə problem yaşadıqlarını söyləyiblər.

İyunun 30-da qonşu Türkmənistanı işıqlandırması ilə tanınan “Turkmen.News” Agentliyi ən azı iki şəhərdəki etirazlardan sonra Daşkəndin Milli Qvardiyanın orada mövcudluğunu genişləndirdiyini bildirib.

Bunu “Telegram” blogeri Dauletmurat Tajimuratovun həbs olunduqdan sonra səsli toplantılar kimi görünən videoları da təsdiqləyir.

Görünür, mətbuat da təzyiq altındadır.

Gazeta” özəl media orqanı isə iyunun 26-da “Qaraqalpaqstanın statusunun dəyişdirilməsi təklif olunur” başlıqlı xəbəri dərc edib və 24 saat ərzində silib.

Həmin məqalədə konstitusiya layihəsində iştirak edən ekspertlərdən sitat gətirilir ki, “Qaraqalpaqıstanı Özbəkistanın ayrılmaz hissəsi kimi müəyyən etmək” təklifləri hökumətin rəy portalı vasitəsilə respublika sakinlərinin özlərindən gəlib.

“Hook.report” adlı internet saytı “Gazeta.uz“un əvvəllər dərc etdirdiyi və sildiyi konstitusiyaya dair məqaləni və tənqidi məqaləni yenidən çap edib.

“Biz iki xalq bir bütün olduq. Beş il əvvəl Muynak və Botazau şəhərlərini xatırlayırsınızmı? Botazau indi mədəniyyət mərkəzinə çevrilib”, – Özbəkistanın prezidenti Şavkat Mirziyoyev iyunun 30-da Daşkənddə etdiyi çıxışında belə deyib.

“Mən qaraqalpaq xalqına bütün qəlbimlə hörmət edirəm və deyə bilərəm ki, mən təkcə özbək xalqının deyil, qaraqalpaq xalqının oğluyam!”, – deyə prezident bildirib.

Qaraqalpaqların və qazaxların birləşməsinə görə etnik özbəklərin sayından çox olduğu Qaraqalpaqıstan 1925-ci ildə Sovet Qazaxıstanı tərkibində muxtar qurum kimi yaradılıb.

1930-cu ildən 1936-cı ilədək muxtariyyət olsa da, Özbəkistan Sovet Sosialist Respublikasına verilməzdən əvvəl birbaşa Moskvadan idarə olunub.

Özbəkistanın hazırkı konstitusiyasında Qaraqalpaqıstan “suveren” kimi tanınır. Bildirilir ki, bu söz yeni layihədə yoxa çıxıb. Üstəlik, “Qaraqalpaqıstan Respublikasının Konstitusiyası Özbəkistan Respublikasının Konstitusiyasına zidd ola bilməz” cümləsi indi yeni layihəyə “və qanunlar” sözlərini daxil edərək, Daşkəndlə daha sıx birləşməyə işarə edib.

Yeni qanuna əsasən, Qərbi Özbəkistanın böyük bir hissəsi olan Qaraqalpaqıstan ayrılma ilə bağlı referendum keçirmək konstitusiya hüququndan məhrum ediləcək.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button