Loading...
Loading...
Cəmiyyət

Özbəklərlə qırğızlar Moskvada dalaşıb

Moskvada Özbəklərlə Qırğızlar arasında kütləvi dava olub.

AzadlıqRadiosu Rusiya xidmətinin məlumatına görə, metronun “Kuzminki” stansiyası ətrafında baş verən davada bir neçə nəfər bıçaqlanaraq xəstəxanaya düşüb.

Müxtəlif məlumatlara görə əmək miqrantları arasında baş verən davada 50-dən 200-dək adam iştirak edib.

TASS və “İnterfaks”ın məlumatına görə azı 20 nəfər saxlanıb.Moskva polisi həbsləri təsdiqləsə də onların sayı barədə məlumat verməyib.

“İterfaks”a verilən məlumata görə dava “şəxsi düşmənçilik” zəmnində baş verib və bundan sonra hər iki tərəfdən xeyli adam toplaşdığına görə kütləvi xarakter alıb.

Sosial şəbəkələr də bunun videosu da yayılıb.

24 saat” “Özbəklərlə qırğızlar Moskvada dalaşıb” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Gözdən qaçırmayın:  Ukraynada əsir götürülən Əzizin ailəsi danışdı - VİDEO

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button