2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Özbək dissidentlərə vətənə dönmək təklif edilir

Hazırda Qərb ölkələrində yaşayan bir neçə özbəkistanlı siyasi mühacir Özbəkistan xüsusi xidmətlərinin onları vətənə dönməyə çağırdığını bildirir. Dissidentlərə zəng edilərək deyilib ki, “qara siyahı”dan çıxarıldığından, qorxmadan Özbəkistana dönə bilərlər.

Hazırda Avropa ölkələrindən birində yaşayan, adının çəkilməsini istəməyən bir özbəkistanlı siyasi fəal Özbəkistan səfirliyi əməkdaşının ona telefonla zəng etdiyini bildirir. Səfirlik əməkdaşı ona adının xüsusi xidmətlərin “qara siyahısından” çıxarıldığını, buna görə də qorxmadan vətənə dönə biləcəyini söyləyib.

Saytların yığılması Saytlarin yigilmasi

“Diplomat hətta eyham vurdu ki…”

“O mənə dedi ki, yollar açıqdır və mən rahatca vətənə qayıda bilərəm. Diplomat hətta eyham vurdu ki, Özbəkistanda mənə yaxşı vəzifə də verə bilərlər”, – özbək dissident AzadlıqRadiosu-nun özbək xidmətinə belə deyib.

Özbəkistanda tanınmış jurnalist və keçmiş deputat Jahangir Mamatova o zamankı prezident Islam Karimovu tənqid etdiyinə görə iki dəfə cinayət işi açılıb. Mamatovun özü 1990-cı ildən bəri ABŞ-da yaşayır. 1993 və 1999-cu illərdə prezidentə böhtan atmaqda ittiham edilib, daha sonra isə beynəlxalq axtarışa verilib.

Mamatov AzadlıqRadiosu-nun özbək xidmətinə bildirib ki, avqustun 18-də Səmərqənddə onun bu vaxtadək xüsusi xidmətlərin basqısında yaşayan qohumlarının evinə Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşı gəlib və jurnalistin “qara siyahı”dan çıxarıldığını deyib:

“Xoş xəbər”lərə inamsız münasibət var

“Mənim Özbəkistan Ali Məhkəməsinə, DİN-ə və prezident administrasiyasına bəraət verilməsi haqda xahişlə müraciət etməyimdən iki ay keçib. Hökumət məni iki dəfə əsassız ittiham edib. Mən ölkəni tərk edəndən sonra Özbəkistandakı bütün qohumlarım çox əziyyət çəkdiyindən, yeni hökumətdən xahiş etdim ki, işimə yenidən baxa biləcək qrup yaratsın. Avqustun 18-də Səmərqənddə yaşayan bacılarımın evinə bir kişi gəlib. Təəssüf ki, onlar onun adını soruşmayıblar. O, bacılarıma Səmərqənd vilayəti MTX-nin əməkdaşı olduğunu deyib və əlavə edib: “Sizin qardaşınıza tam bəraət verilib. O, Özbəkistana gələ bilər. İstəsə, həmişəlik də gələ bilər. Mən yoxlamışam, onu artıq “qara siyahı”dan çıxarıblar». Ancaq həmin adam bacılarıma bəraəti təsdiq edən hər hansı sənəd göstərməyib”. Jahangir Mamatov belə “xoş xəbər”lərə xeyli inamsız yanaşdığını da vurğulayıb.

Qərb ölkələrindən birində yaşayan başqa bir özbək jurnalist də təxminən 10 gün öncə MTX əməkdaşından kiçik bir elektron məktub aldığını deyir. Məktubda jurnalistin istədiyi zaman Özbəkistana dönə biləcəyi qeyd edilib.

“Əvvəllər mənə məktub yazan MTX əməkdaşı mənimlə çox kobud davranır, hətta məni məhv etməklə hədələyirdi. İndi isə o, belə yazıb: «Özbəkistana qayıdın, mən özüm bu işdə sizə kömək edərəm». Təəssüf ki, mən bilmirəm, bu onun öz istəyidir, yoxsa rəhbərliyinin göstərişi”, – adının çəkilməsini istəməyən həmin jurnalistin sözləridir.

Avqustun 8-i hazırda Türkiyədə yaşayan özbək yazıçısı Nurilloh Muhammad Raufkhan öz “Facebook” səhifəsində yazıb ki, onun Özbəkistanda yaşayan qohumlarına onun “qara siyahı”dan çıxarıldığı bildirilib.

“Sən demə, istəyəndə edə bilirlərmiş!..”

«Elə indicə Özbəkistandan qohumlarım zəng vurmuşdu. Onları rayon administrasiyasına çağıraraq mənim “qara siyahı”dan çıxarıldığımı deyiblər. Bundan başqa, yerli hökumət qohumlarıma bildirib ki, ölkəni tərk edən dissidentlər Özbəkistana qayıda bilərlər. Onlar hətta təyyarə bileti almağa kömək etməyə də söz veriblər. Sən demə, istəyəndə edə bilirlərmiş! Bu gün prezident öz sələfinin səhvlərini düzəltməyə başlayıb! Görünür, o bu işdən ciddi yapışıb və “qara siyahı” adlı bəlaya son qoymaq qərarına gəlib», – yazıçının “Facebook” postunda belə deyilir. Raufkhan Islam Karimov haqqında tənqidi kitab yazdığına görə təqibə məruz qalıb.

Qeydiyyatdan keçməmiş müxalif “Erk” partiyasının Daşkənddə yaşayan baş katibi Otanazar Oripov AzadlıqRadiosu-na bildirib ki, aşağı rütbəli MTX əməkdaşları öz iradələri ilə dissidentlərə Özbəkistana qayıtmağı təklif edə bilməzdilər. O, onların yuxarıdan göstəriş aldıqlarını düşünür. Professor Oripov-un fikrincə, hələlik, prezident Shavkat Mirziyayev Özbəkistanda tammiqyaslı siyasi islahatlar aparmaq istiqamətində bircə addım da atmayıb.

“Bu da baş verməsə…”

“Mən yalnız o halda siyasi müxalifət və dissidentlərə münasibətin dəyişdiyinə inana bilərəm ki, sabah Özbəkistan Ali Məhkəməsi Muhammad Salih-ə (müxalif “Erk” partiyasının yaradıcısı və sədrinə) bəraət verilməsi haqda qərar çıxarsın və bunu ictimaiyyətə açıqlasın. Bu da baş verməsə, onda xüsusi xidmətlərin bütün vədlərini boş saymaq lazımdır”, – Otanazar Oripov-un sözləridir.

Özbəkistanın yeni prezidenti Shavkat Mirziyayev, hələlik, ölkə müxalifəti, yaxud ölkəni tərk etmiş dissidentlərə bəraət verilməsi haqda hər hansı bəyanat verməyib.

Ancaq Mirziyayev-in hakimiyyətə gəlişindən bəri Özbəkistan Ali Məhkəməsi Karimov dövründə ittiham edilən bir neçə keçmiş yüksək vəzifəli məmura bəraət verib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button